AzTehsil.com


Xəbərlər / Müəllim
23 iyun 2021
1 729


Təhsilə həsr edilmüş ömür.



Təhsilə  həsr edilmüş ömür.

 

İlham Əhmədov- 65.  Təhsilə  həsr edilmüş ömür. 

Pedaqoji elmin  müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan- p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim  40 ildir ki,  ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. İlham müəllimin  atası professor Bəşir Əhmədov respublikanın görkəmli  pedaqoqu, pedaqogika və  azərbaycan dilinin tədrisi metodikası üzrə öz sözünü demiş tanınmış alim  olmuşdur.   

İlham müəllim  2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi” medalı ilə təltif edilmişdir. Dəfələrlə ADPU  rektorunun əmri ilə təşəkkürnamə   və mükafatla təltif edilmişdir. 

İlham  müəllimin  elmi-metodik  fəaliyyətinə nəzər yetirdikdə görürük ki, o, təhsilin informatlaşması, təhsil  innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf  problemlərinə dair,  respublikada və xaricdə (Türkiyə və MDB-də)   120-dən artıq  elmi-metodik məqalə dərc etdirmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya,  Qazaxstan, Moldova, Gürcüstan  və Özbəkstanda  beynəlxalq konfranslarda  məruzələrlə çıxış  etmişdir. 2010-2017- cü illərdə  müxtəlif vaxtda Anadolu Universiteti, RF "Müasir Humanitar Universiteti” və "Sinergiya” universitetlərinin Distant təhsil bölümünün  Azərbaycan Proqramlarında  elmi məsləhətçi olmuşdur.  

Respublika Təhsil Nazirliyinin  təsis etdiyi  "Azərbaycan məktəbi” jurnalının və  ADPU-nun  təsis etdiyi  "Təhsildə İKT”   jurnalının  Redaksiya Şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, elmi katibi, 5 il  ADPU elmi-metodik şurasının üzvü  kimi ictimai işlərdə fəal iştirak etmişdir. 2016-cı ildən "Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur. Son 10 ildə  vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif  müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial yönümlü layihələrində, həmçinin təhsil və İKT yönümlü, universitetdaxili layihələrdə menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir. 

İlham müəllim  pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından biri olmuş, bu sahədə ölkədə ilk məqalələrin müəllifi olmuşadur. Belə ki, 1985-ci ildə təhsilin informatlaşmasına dair respublikada ilk məqalənisini "Azərbaycan məktəbi” jurnalında dərc etdirmişdir (pedaqoji mətbuatımızda ilk dəfə distant təhsil haqqında məlumat vermişdir), sonralar təhsilin informatlaşdırılması mövzusunda onlarca innovativ məzmunlu məqalələr  yazmış və layihələr icra etmişdir. 

Distant təhsilə dair ölkəmizdə  ilk  Beynəlxalq konfrans 2001-ci ildə keçirilmişdir. İlham müəllim bu konfransda məruzə etmiş və bu mövzuda  ilk  məqaləsini dərc etdirmişdir.  İlham müəllim 2005-ci ildə "AR distant təhsilin yaradılması və inkişafı strategiyası” sənədini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərdə müsahibələr vermişdir. Təəssüf ki,  təhsil məmurları  uzun müddət   onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu  təkliflərə vaxtında  reaksiya verilməmişdir.  Bu gün distant  təhsillə  əlaqəli ölkədə yaranmış vəziyyət onun nə qədər haqlı olduğunu bir daha təsdiq etdi.

 İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant təhsil və rəqəmsal təhsil, ali məktəb  problemlərinə həsr edilmiş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif  saytlarda dərc edilmiş, TV-lərə seriya müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli maraqlı ideya və təkliflər yer alır. 

İlham müəllimin son vaxtlar "Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları ölkəmizdə və T.C.-də böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun  "Azərbaycan və T.C. universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə  əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” kimi tezisi bu yaxınlarda Bakıda səfərdə olan T.C. milli təhsil naziri Ziya Selcuqun ölkəmizdə baş tutan görüşlərində  də qeyd edilmişdi.  

İlham müəllimin bu ay 65 yaşı tamam olur, onu  bu münasibətlə təbrik edir,  gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər, can sağlığı və uzun ömür arzu edirəm.
 
Prof. Şahlar Əsgərov, əməkdar elm xadimi
 




Загрузка...
Həmçinin oxuyun:
Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Ölkədə 50-dən çox ali məktəb var, amma...dosent İlham Əhmədov

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent  İlham Əhmədov

Rəqəmsal iqtisadiyyatın inkişafı və universitet təhsili-Dosent İlham Əhmədov

"Təhsilimizin  inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

"Təhsilimizin inkişafının kadr təminatı"-Dosent İlham Əhmədov

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi   "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq  Distant  Təhsil  ideyalarını təbliğ edir.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

Distant  təhsil pandemiyanın nəticəsi deyil: Dosent  İlham Əhmədov

Distant təhsil pandemiyanın nəticəsi deyil: Dosent İlham Əhmədov

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Virtual TURAN universiteti

Virtual TURAN universiteti

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Müasir və yaradıcı təhsil təşkilatçısı

Müasir və yaradıcı təhsil təşkilatçısı

İlham Əliyev tanınmış alimi təltif etdi

İlham Əliyev tanınmış alimi təltif etdi

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

ADPU rəhbərliyi Nailə Mirməmmədlinin ailəsi və yaxınlarına baş sağlığı verir

ADPU rəhbərliyi Nailə Mirməmmədlinin ailəsi və yaxınlarına baş sağlığı verir

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Zəhmətlə yazılan 75 illik ömür kitabı

Zəhmətlə yazılan 75 illik ömür kitabı