AzTehsil.com


Xəbərlər / Müəllim
19 iyun 2021
2 109


Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur



 

Prezident İlham Əliyev "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb.


Yeni qanunlarla dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir və həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb. 


İndiyədək qanunvericilikdə əksini tapan "dövlət sosial sığorta şəhadətnaməsi” sözləri sadəcə olaraq "sosial sığorta” ilə, "dövlət sosial sığorta şəhadətnaməsi olmayan” sözləri "fərdi uçota alınmamış” sözləri, "şəhadətnaməsinin verilməsi” sözləri "sistemində fərdi uçotun həyata keçirilməsi” sözləri ilə əvəzlənib. Həmçinin Əmək Məcəlləsinin 48-ci maddənin 1-ci hissəsindəki "və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)” sözləri çıxarılıb. 


Beləliklə, aparılan sosial islahatların tərkib hissəsi kimi, elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb. Hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb.


Eyni zamanda, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna sığortaolunana fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin edilməsini nəzərdə tutan əlavə edilir.


Qeyd edək ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan "e-sosial” internet portalı vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Azərbaycanda əmək haqqına əlavə və mükafatdan 1 faiz işsizlikdən sığorta haqqı tutulacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ

Şəhid ailələrinə 11 min manat veriləcək - RƏSMİ

Əmək müqaviləsinin vaxtı bitib işdən çıxanlara yeni hüquq tanınır

Əmək müqaviləsinin vaxtı bitib işdən çıxanlara yeni hüquq tanınır

MDU-da sığorta mövzusunda təlim

MDU-da sığorta mövzusunda təlim

Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə - Nazirlik AÇIQLADI

Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə - Nazirlik AÇIQLADI

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək pensiyaları yaşa görə belə hesablanacaq

Əmək pensiyaları yaşa görə belə hesablanacaq

DİQQƏT! - Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

DİQQƏT! - Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Azərbaycanda daha iki peşə mərkəzi tikiləcək

Azərbaycanda daha iki peşə mərkəzi tikiləcək

Valideynlərin işsizlikdən sığorta ödənişindən uşaqlar üçün aliment tutulacaq

Valideynlərin işsizlikdən sığorta ödənişindən uşaqlar üçün aliment tutulacaq

Direktor imtahanına hazırlaşanlar üçün 5 sual-5 cavab

Direktor imtahanına hazırlaşanlar üçün 5 sual-5 cavab

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universitetinin tələbələri üçün iş imkanı

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün test imtahanı keçirilib

Aqrar sığorta eksperti olmaq istəyənlər üçün test imtahanı keçirilib

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərə cəlb olunmuş namizədlərin nəzərinə!

Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərə cəlb olunmuş namizədlərin nəzərinə!

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Vakant vəzifələrə qeydiyyat başa çatır

Vakant vəzifələrə qeydiyyat başa çatır

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

"Tibbi xidmət tamamilə pulsuz olacaq" - Ramin Bayramlı

"Tibbi xidmət tamamilə pulsuz olacaq" - Ramin Bayramlı