Xəbərlər
02 mart 2017
3 080


Qərb Universitetinin tələbələri üçün iş imkanı

Qərb Universitetinin tələbələri üçün iş imkanı

 

Qərb Universiteti "Atəşgah” Sığorta Şirkəti ilə birgə sığorta sahəsində iş imkanları mövzusunda tədbir keçirib.
 
Qərb Universitetində keçirilən görüşdə sığorta şirkətinin nümayəndələri "Sığorta xidmətinin əsasları” mövzusunda universitet tələbələri üçün təqdimat edib. Tədbirdə Azərbaycan sığorta bazarının inkişafı, mövcud problemlər və gələcək perspektivlərə dair müzakirələr aparılıb.
 
Daha sonra şirkətin müxtəlif vakansiyaları barədə tələbələrə məlumat verilib, tələbə və məzunların sığorta sahəsində iş imkanları nəzərdən keçirilib.
 

Qərb Universitetinin tələbələri üçün iş imkanı

 

Qeyd edək ki, Qərb Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində ardıcıl layihələr, treyninqlər, görüşlər həyata keçirir, tələbələrin istehsalat təcrübələrini aparıcı dövlət və özəl qurumlarda keçməsi təşkil olunur. Ümumilikdə, universitet tələbə və məzunlarının iş dünyası ilə əlaqələrinin sıxlaşdırılmasını təmin edir.
 
moderator.az
Məqalə Göndər








Загрузка...