AzTehsil.com


Maraqlı
28 oktyabr 2019
5 093


Azərbaycanda pensiyaya çıxmaq istəyənlərin nəzərinə - Nazirlik AÇIQLADI



 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycan vətəndaşlarının pensiyaya çıxması üçün tələb edilən şərtləri açıqlayıb.

Nazir müşaviri Mustafa Abbasbəylinin sadə şəkildə açıqladığı bu tələblər iş stajına, vətəndaşın pensiyaya çıxana qədər fərdi hesabına topladığı vəsaitə və digər məqamlara aiddir.

Beləliklə…

Pensiya hüququ əldə etmə şərtləri

1. Normal şərtlərdə - 25 il sığorta stajı topladıqda

2. Normal şərtlərdə - minimum pensiya kapitalı (28,800 m.) topladıqda (minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən bu məbləğ 36 min manata yüksələcək)

3. 1-ci qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda

4. 2 və 3-cü qrup əlillərdə - minimum 5 il sığorta stajı olduqda və minimum pensiya kapitalı topladıqda
Başqa sözlə, kimsə maaş azlığından və ya hər hansı səbəbdən minimum pensya kapitalını toplaya bilməyibsə, bu o demək deyil ki, o normal pensiyaya çıxa bilməyəcək. Bunun üçün 2-ci şərtə əməl etmək – 25 il əmək pensiyası toplamaq kifayətdir.

Staj tələbinə əməl edə bilməyənlər isə məbləğin çatışmayan hissəsini özlərindən əlavə edə bilərlər ki pensiya kapitalı tələb olunan həddə çatsın.
1-ci və 2-ci şərtləri yerinə yetirə bilməyənlər isə əvəzinə yaşa görə müavinət alacaqlar. Hazırda məbləği 130 manatdır.

Pensiya əldə etmə növləri

1. Pensiya yaşına çatdıqda (Kişilər 64,5 / Qadınlar 61,5 yaşında). Yeri gəlmişkən, 2027-ci ildən etibarən həm kişi, həm də qadınlar üçün pensiya yaşı 65-ə yüksələcək.

2. Şəxs əlil olduqda

3. Ailə başçısını itirdikdə (yəni, şəxs vəfat etdikdə onun pensiyasını onun əmək qabiliyyəti olmayan ailə üzvləri alır)

Güzəştli şərtlərlə pensiya hüququ əldə etmə şərtləri

1. Xüsusi kateqoriyalı şəxslər (5-dən çox uşaqlı qadınlar, zərəli işdə işləyənlər, liliputlar və s.) - 5-20 il daha tez hüquq əldə edirlər

2. Hüquq mühafizə orqanlarında işləyənlər - müvafiq kateqoriya üzrə xüsusi staj (15-35 il) topladıqları vaxt hüquq əldə edirlər

Pensiya məbləğinin hesablanması qaydası

1. Normal şərtlərdə - şəxsin topladığı pensiya kapitalının 90%-i 144-ə bölünməklə alınan məbləğdə
2. Xüsusi şərtlərdə (dövlət qulluqçuları, hərbiçilər, hüquq mühafizə orqanları əməkdaşları, deputatlar, hakimlər və s.) - 2 ilin orta əməkhaqqı məbləğinin 50-80%-i miqdarında

Pensiya kapitalının toplanması qaydası

1. Şəxsin muzdlu işdən gəlirlərinin 25%-i miqdarında
2. Vəkillərin, sərbəst mühasiblərin və s. gəlirlərinin 10-15%-i miqdarında
3. Fərdi sahibkarlar minimum əməkhaqqının 10-25%-i miqdarında
4. Pay torpaq mülkiyyətçiləri hər hektara görə MƏH-nın 6%-i miqdarında

Nəticə və tövsiyələr

1. Göründüyü kimi pensiya bir çoxlarının düşündüyü kimi sadəcə qocalıqla əlaqəli bir hüquq deyil. Pensiyaya istənilən yaşda ehtiyac yarana bilər.

2. Maaşlarınızdan ödənilən 25% məbləğ vergi kimi dövlətə əvəzsiz ödənilən bir rüsum deyil. Ödədiyiniz 25%-in 90%-i pensiya zamanı sizə geri ödəniləcək məbləğdir. Üstəlik sizin pensiya hüququnuz yarananadək həmin məbləğ hər il indeksasiya edilərək artırılacaqdır.

3. Başqa sözlə desək, maaşlarınızdan ödənilən 25% məbləğ 3-15% illik gəlirliliyə (indeksasiya) malik və arxasında dövlət dayandığı üçün olduqca etibarlı bir investisiya alətidir.

4. Odur ki, sizdən asılıdırsa, gəlirlərinizi tam məbləğdə rəsmiləşdirin, sizdən asılı deyilsə, rəsmiləşdirilməsini tələb edin.

5. Ödədiyiniz 25%-i itki kimi deyil, əksinə özünüzün və ailənizin bir zəmanət fondu kimi hesab edin.

6. Zəmanət fondunuzda olan məbləği mütəmadi olaraq e-sosial.az portalından izləyin.

7. Mövcud olan pensiyaların azlığına da fikir verməyin. Bunun səbəbi yaşlı nəsilin zamanında kiçik əməkhaqları ilə çalışması və fərdi uçot sisteminin olmamasındadır.

Hazırda isə fərdi uçot sistemi var və sizin pensiyanız sizin ödədiyiniz haqlardan asılı olacaq və kifayət qədər yüksək olacaq. (Fed.az)



Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Əmək pensiyaları yaşa görə belə hesablanacaq

Əmək pensiyaları yaşa görə belə hesablanacaq

Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR

Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

“ 01 yanvar 2018-ci ildən etibarən əmək müqaviləsinə xitam verilərkən tətbiq edilən YENİ QAYDALAR”

Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb: Kimlər necə cəzalandırılacaq? - AÇIQLAMA

Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb: Kimlər necə cəzalandırılacaq? - AÇIQLAMA

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Müəllimlərin   maaşı  – Təəccübləndirici rəqəmlər

Müəllimlərin maaşı – Təəccübləndirici rəqəmlər

Azərbaycanda məktəb direktorunun əlillik təyinatı ləğv edilib

Azərbaycanda məktəb direktorunun əlillik təyinatı ləğv edilib

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Əmək Məcəlləsinə ciddi dəyişilik edildi

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Maaş artımı təhsil işçilərinin əməkhaqqına təsir edəcəkmi?

Maaş artımı təhsil işçilərinin əməkhaqqına təsir edəcəkmi?

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı

Bayram səhəri ŞAD XƏBƏR - Bu vəzifədə işləyənlərin maaşları artırıldı