AzTehsil.com
RU


Xəbərlər / Ziyalılar
10 iyun 2021
1 287


Azərbaycan alimləri yeni uğura imza atıblar



Azərbaycan alimləri yeni uğura imza atıblar

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) əməkdaşları yeni elmi uğura imza atıb, vəhşi ipəkqurdunun ipəkçilik üçün yetişdirilməsi üsulunu ixtira ediblər.

 Belə ki, mərkəzin Tut ipək qurdunun seleksiyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən "Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib və buna dair məlumatların Agentliyin "Sənaye mülkiyyəti” bülletenində dərc olunması haqqında ekspertiza rəyi verilib.

İxtiranın müəllifləri Z.Şükürova, ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Y.Şükürlü, ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru F.Əzizov və Tut ipək qurdunun seleksiya şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Q.Bəkirovdur.

İxtiranın yeniliyi ondan ibarətdir ki, Saturniidae ailəsinə aid olan "Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb.

İlkin nəticələr göstərir ki, ənənəvi tut ipəkqurdunun (Bombyx mori) ipəyi ilə müqayisədə, heteretrof canlı olan "Saturniya pyri”nin ipəyinin lifləri daha davamlı, iki dəfə daha möhkəmdir, o cümlədən digər toxuculuq lifləri ilə yaxşı uzlaşır.

Hazırda mərkəzin alimləri tərəfindən bu istiqamətdə tədqiqatların genişləndirilməsi, daha uğurlu nəticələrin əldə olunması planlaşdırılır.



Загрузка...
Həmçinin oxuyun:
Akademiyada Yeni təyinatlar olub

Akademiyada Yeni təyinatlar olub

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

Naxçıvanda bəbir balalarının yeni görüntüsü əldə edilib

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb

Saathesabı pul ödəniləcək-Qərar

Saathesabı pul ödəniləcək-Qərar

AMEA-da struktur və kadr dəyişikliyi edilib

AMEA-da struktur və kadr dəyişikliyi edilib

Botanika İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi

Botanika İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi

Coğrafiya İnstitutunda dissertasiya işlərinin müdafiəsi

Coğrafiya İnstitutunda dissertasiya işlərinin müdafiəsi

Məktəblilərimiz tarixi uğura imza atıblar

Məktəblilərimiz tarixi uğura imza atıblar

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

Pedaqoji işçilər bundan sonra hər saatına görə bu qədər pul alacaqlar

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

“Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu”

“Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu”

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Alimə elmi-tədqiqatlarına görə 6 patent və müəlliflik şəhadətnaməsi verilib

Alimə elmi-tədqiqatlarına görə 6 patent və müəlliflik şəhadətnaməsi verilib

“Yeni Dünya Nizamı və onun mahiyyəti” haqqında düşüncələr

“Yeni Dünya Nizamı və onun mahiyyəti” haqqında düşüncələr