AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
22 mart 2021
1 941


Uşaqlıq travmalarının əqli və fiziki sağlamlığına təsiri



 

Travma başqalarını və özümüzü gördüyümüz obyektivə çevrilir.
 
Travma hər cür formada həyatın hər anında qarşımıza çıxa bilər. Travmanın növlərini müxtəlifdir. Təbiətdən (zəlzələlər, yanğın, sel), cəmiyyətə (müharibələr, inqilablar), məktəbə (təhqir) və ailəyə (təhqir, laqeydlik, zorakılıq, boşanma, ciddi xəstəlik) və s. qədər hər sahədə olar bilər. Bu hadisələrin hər biri travmatik və ya zərərli olmaya bilər, amma hər hansı bir hadisə uşaq üçün travmatik hesab edilir, əgər:

Bu gözlənilmədən baş verirsə
Dəfələrlə baş verirsə
Kimsə qəsdən qəddarlıq edirsə
Uşaq bu hadisəyə hazır deyilsə

Travma, çox sayda insana mənfi təsir edə bilir. 24 ölkədə 60.000-dən çox  yetkin insan arasında aparılan bir araşdırmaya görə yetkinlərin 70% -i bir travmatik hadisə yaşayıb, 30.5% isə uşaqlıq dövründə dörd və ya daha çox travmatik hadisə ilə üzləşib. Uşaqlar travmanın mənfi təsirlərinə qarşı son dərəcə həssasdırlar və bu onlara bir çox sahələrdə təsir göstərir. 

BEYNİN İNKİŞAFI

Uşaqlıqda beyin sürətlə inkişaf edir və neyronlar arasında güclü əlaqə formalaşır. Neyronların bu davamlı əlaqələnməsi stimullaşdırılmasa, bu hüceyrələr ölür. Məsələn, bir it uşağı dişləyərsə və bu hadisə bir neçə dəfə təkrarlanarsa, uşaqda itlərə qarşı güclü bir qorxu hissi formalaşacaq və hətta ən sakit və xeyirxah itlərə etibar etməsi çətin olacaq. Laqeydlik göstərilən uşaqlarda rast gəlindiyi kimi, uşaqlar böyüklərdən qayğı və şəfqət görmədiyi təqdirdə onların beyinlərində neyronaların lazımlı əlaqələri formalaşmayacaq. Belə uşaqlarda mental və emosional çətinliklər yaranacaq. Travma sonrası uzun müddət davam edən stres yaddaş və beynin icra edici funksiyalarına mənfi təsir göstərir. Nəticədə, uşaqlarda öyrənmə çətinlikləri yaranacaq, məktəbdə problemlər yaşayacaqlar və ən əsası da yaddaş dağınıqlığı və hiperaktivliyə meyilli olacaqlar. 

BƏDƏN DƏYİŞİKLİYİ

Stress hormonları olan kortizol və adrenalin ani təhlükə qarşısında əla iş görür. Lakin, bu hormanların səviyyəsinin uzun müddətdə yüksəlməsi (məsələn, travma zamanı) bədənə və immunitet sisteminə ziyan vurur və bir çox xəstəliklərə səbəb olur: diabet, yüksək təzyiq, piylənmə, astma, allergiya və s. Alimlərin yeni araşdırmaları göstərir ki, uzun müddət davam edən stresin vurduğu ziyan genlərimizə qədər təsir göstərir. Bu o deməkdir ki, məsələn, bir uşağın, güclü və inamlı olması genetikdirsə belə travma ilə əlaqəli stres genlərə güclü təsir etdiyinə görə zəif və qorxaq bir yetkinə dönüşəcək. 

PSİXO-EMOSİONAL İNKİŞAF
 

Bütün uşaqların normal emosional və psixoloji inkişafı üçün yetkinlərlə təhlükəsiz, sabit, davamlı və etibarlı bağları olmalıdır. Travma isə bu amillərin bəzilərini və ya hamısını aradan qaldırır və uşaqlar gənc yaşlarında mübarizə aparmaq məcburiyyətində qalır. Həyatda qalmaq üçün mübarizə hissi baş qaldırır və travma ilə bacara bilmək üçün uşaqlarda yetkinlik yaşında davam edəcək strategiyalar formalaşır: qurban zehniyyəti, passivlik, aqressivlik, qurban kimi düşünmə, saxta mənlik və s. Bu strategiyalar xarakterə, davranışlara, düşüncə tərzinə də yansayır. Yetkinlərin, məktəblərin və güclü bir hüquq sisteminin qarşısını ala biləcəkləri travmalar mövcüddur. Ancaq çoxları qaçınılmazdır, buna görə müdaxilə çox vacibdir. Travmadan daha sürətlə geri sıçramağı bacaran uşaqlarda rast gəlinən ümumi amillər bunlardır:

Ailənin və ya cəmiyyətin ən az bir yetkin fərdi ilə güclü və sabit münasibət
Ailə, dostlar, məktəb və cəmiyyət tərəfindən qəbul olunmaq və dəstək görmək
Daxilən özünə nəzarət hissi
Həyatın digər sahələrində uğur qazanmaq şansına inanmaq
Həyatın anlamını və məqsədini dərk etmək
İnam, ümid və optimistlik kimi güclü dəyərlərə sahib olmaq
Stresli situasiyalarda necə davranmağı bilmək

Bəzi uşaqlar travmatik hadisələrdən üstə çıxmağı bacarır və onlardan özlərini güclü etmək üçün istifadə edəcəklər. Hamımız uşaqlıqda travma aldıqdan sonra əla həkim, polis məmuru, hüquqşünas və ya sahibkar olmuş insanlar tanıyırıq. Onlar səhvləri düzəltmək üçün bu yolu seçirlər. Ancaq biz heç vaxt travmaya yaxşı bir hadisə kimi baxmamalıyıq. Əgər qarşısını almaq mümkündürsə, dəhşətli hadisələrin baş verməsinə yol verməməliyik. Valideynlər, müəllimlər, icma üzvləri və fərdlər olaraq travmanın xəbərdarlıq əlamətlərinə cavab vermək bizim məsuliyyətimizdir. Uşaqlara sağlam inkişaf etməsi üçün ən yaxşı mühit və şəraiti təmin etmək borcumuzdur. 



Загрузка...
Həmçinin oxuyun: