AzTehsil.com

Xəbərlər / Müəllim
01 sentyabr 2020
2 487

"Telefon zənglərində azalma var" Murad Camalzadə

"Telefon zənglərində azalma var"  Murad Camalzadə

Son zamanlar etdiyim paylaşımlarda hər dəfə təkrar olunan fikir belədir: "Guya İnsan Resursları Mərkəzinə etdiyimiz müraciətlərə baxılır ki?!".

Bu tip iradlar hər dəfə bildirildiyi üçün İnsan Resursları Mərkəzinin vətəndaş müraciəti kanallarındakı (e-mail, facebook, whatsapp business) mövcud cavablandırma vəziyyətinə bir daha nəzər saldım. Mənə təkrar məlum oldu ki, adıçəkilən kanallar üzrə daxil olan müraciətlər elə həmin astronomik günün sonunadək (nadir hallarda ən geci qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində) cavablandırılır. Hətta qeyri-iş günlərində, həmçinin sənəd qəbulları dövründə gecə saatlarında belə N sayda cavablandırma hallarına rast gəldim.

Bundan əlavə, bir gün ərzində telefon zənglərinin cavablandırılması tezliyini də müşahidə etdim. Ötən illərin anoloji dövrləri ilə müqayisədə telefon zənglərinin sayında ciddi azalma var. Bu davamlı tendensiyanın səbəbi geridə buraxdığımız zaman ərzində müraciət kanallarının diversifikasiya olunmasıdır. Bir sözlə, telefon zənglərinin də sayında ajiotaj hiss edilmir.

Bu təkrar müşahidələrdən sonra məndə belə bir səmimi sual yarandı: "Bəs müraciəti cavablandırlımayan vətəndaşlar kimlərdir?"

Bir qrup müraciətlər var ki, onlara vətəndaşlarımızın arzu etdiyi məzmunda cavab verilməsi ya mövcud qanunvericiliyin tələblərinə ziddir, ya da ki İnsan Resursları Mərkəzinin səlahiyyətlərini aşır. Müəyyən müraciətlər də var ki, onlar, ümumiyyətlə, İnsan Resursları Mərkəzinin fəaliyyət istiqamətlərinə aid deyil.

Bir vacib məqam da var ki, bizi düşündürən suallara cavab tapmaq üçün müraciətin düzgün formalaşdırılması və aidiyyəti üzrə ünvanlandırılması zəruridir.

Əziz vətəndaşlarımız,

Etiraf edim ki, gəldiyim qənaətə əsasən vətəndaş müraciətləri əvvəlki dövrlərdə olduğu kimi yenə də operativ qaydada cavablandırılır. Sorğulara aidiyyəti formada cavab verilir, bu mümkün olmadıqda isə vətəndaşlarımız müvafiq qaydada maarifləndirilir. Amma şəxsi qənaətimə baxmayaraq, yenə də müraciətlərin cavablandırılmaması ilə əlaqədar fikirlər səsləndirilirsə, deməli, nəzərdən qaçırdığımız bir problem ola bilər.

Düşünürəm ki, İnsan Resursları Mərkəzi hər birimizin təşkilatıdır. Mərkəzlə əlaqədar mümkün nöqsanların aradan qaldırılması hər birimizin marağında olmalıdır. Eyni zamanda anlayıram ki, sözügedən problem barədə müzakirələrin fərdi qaydada aparılması uzun perspektivdə heç bir fayda verməyəcək. Bu niyyətlə də təklif edirəm ki, "müraciətlərə baxılmır" iradları ilə əlaqədar fikirlərimizi ictimai qaydada müzakirə edək.

Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərə müraciət :“Problemlə üzləşənlər iradlarını bura yazsın”

Müəllimlərə müraciət :“Problemlə üzləşənlər iradlarını bura yazsın”

Murad Camalzadə: Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır

Murad Camalzadə: Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır

"Sizləri düşündürən və ya şübhələnməyinizə əsas verən məsələləri mənimlə bölüşün"-Murad Camalzadə

"Sizləri düşündürən və ya şübhələnməyinizə əsas verən məsələləri mənimlə bölüşün"-Murad Camalzadə

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

Müəllimlər ikinci turda müddətsiz müqavilə ilə işə qəbul olunacaqlar

Müəllimlər ikinci turda müddətsiz müqavilə ilə işə qəbul olunacaqlar

İnsan resursları mərkəzi elektron poçt və vatsap nömrəsi vasitəsi ilə xidmət göstərəcək

İnsan resursları mərkəzi elektron poçt və vatsap nömrəsi vasitəsi ilə xidmət göstərəcək

Mürad Camalzadə  konfransla bağlı tənqidlərə cavab yazdı

Mürad Camalzadə konfransla bağlı tənqidlərə cavab yazdı

"Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də vətəndaşların müraciətinə baxmaqdır"

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

TİPİİ-nin müddətsiz müqavilə ilə işləyən müəllimlərə müraciəti

TİPİİ-nin müddətsiz müqavilə ilə işləyən müəllimlərə müraciəti

Murad Camalzadə: Bu ilki nəticələr 2014-cü ildən sonra ən yüksək göstəricidir

Murad Camalzadə: Bu ilki nəticələr 2014-cü ildən sonra ən yüksək göstəricidir

MİQ  imtahanında tutduğu vakant yerlə bağlı problemlə üzləşən  müəllimlərə  şad xəbər - Həll  olundu!

MİQ imtahanında tutduğu vakant yerlə bağlı problemlə üzləşən müəllimlərə şad xəbər - Həll olundu!

DİM sonuncu buraxılış imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaratdı

DİM sonuncu buraxılış imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaratdı

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək- DİM

Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək- DİM

Nazirlik müəllimlərə müraciət etdi!

Nazirlik müəllimlərə müraciət etdi!

Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib

Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında növbəti videokonfrans keçirilib

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

MİQ-in vakansiya seçimindəki səhv etiraf edildi – RƏSMİ

MİQ-in vakansiya seçimindəki səhv etiraf edildi – RƏSMİ

150 min insan  bu xəstəliklə bağlı həkimə müraciət edib - AÇIQLAMA

150 min insan bu xəstəliklə bağlı həkimə müraciət edib - AÇIQLAMA

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib