AzTehsil.com


Xəbərlər / Müəllim
22 iyun 2020
1 610


"Sizləri düşündürən və ya şübhələnməyinizə əsas verən məsələləri mənimlə bölüşün"-Murad Camalzadə



 

"Hesabat"

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsi başa çatıb və bu barədə vətəndaşlarımıza məlumat verilib. Uğur qazanmış namizədlər barədə ətraflı siyahı da ictimailəşdirilmişdir.

Həmin siyahının ictimailəşdirilməsinin səbəbləri aşağıdakılardır:

1. Bu, olmalı olandır. Qurum öz fəaliyyətinin nəticələri barədə vətəndaşlara məlumat verməli, aşkarlıq və hesabatlılığı təmin etməlidir.

2. Bu, vətəndaşlarda haqlı sualların yaranmaması və əlavə müraciətlərin cavablandırılması probleminin həlli baxımından vacibdir.

3. Bu, gələcəyə istiqamətlənmiş addımdır. Təəssüflə qeyd etməliyik ki, təhsil ictimaiyyətində statistik təhlillərin aparılması, həmin təhlillər vasitəsi ilə problemlərin aşkar edilərək mümkün həll yollarının proqnozlaşdırılması vəziyyəti qeyri-qənaətbəxşdir. Amma bu problemin subyektiv səbəbi ilə yanaşı, obyektiv məqamları da var. Obyektiv səbəb ondan ibarətdir ki, bəzən təhlil aparmaq istəyən tərəflərin müfəssəl dataya çıxış imkanları məhduddur. Bununla əlaqədar, yaxın müddətdə yerdəyişmənin nəticələri barədə məlumatı təhlil aparmağa imkan verəcək uyğun formada və excel faylda əlavə alətlər təmin edilməklə paylaşmağı planlaşdırıram. Uzun müddətli perspektivdə təhsil sistemində statistik təhlilçilərin formalaşmasının və müstəqil araşdırma nəticələrinin ərsəyə gəlməsinin ümumi işə töhfə verəcəyi qənaətindəyəm.

Vətəndaş məmnuniyyətinin ölçülməsi məqsədilə tərəfimizdən keçirilmiş növbəti sorğunun nəticələri 19 iyun tarixdə paylaşdığım qısa video materialda öz əksini tapmışdır. Sorğu nəticələrinin müsbət və ya mənfi olması barədə rəy bildirərək fikirlərinizə təsir etmək istəmirəm. Sadəcə, kömək üçün qeyd edim ki, həmin sorğunun nəticələri adıçəkilən müsabiqə ilə əlaqədar məmnunluğun cari vəziyyətini əks etdirməyə bilər. Belə ki, həmin sorğu 1-5 iyun tarixlərdə keçirilmiş sənəd qəbuluna dair vətəndaş fikirlərini bildirir. Yerləşdirmənin nəticələri açıqlandıqdan sonra insan psixologiyasından irəli gələn məqamlara görə vətəndaş məmnunluğu səviyyəsində müəyyən dəyişikliklərin olması mümkündür.

İndi isə gələk əsas məsələyə.

Yerləşdirmənin nəticələri açıqlandıqdan sonra, az sayda olsa belə, vətəndaş narazılığını əks etdirən fikirlərə rast gəldim. Səsləndirilən narazılıqların əsaslı və ya əssassız olmasından asılı olmayaraq, dəyərli vətəndaşlarımızın öz fikirlərini bildirmə hüququna ehtiramla yanaşır və həmin sualları cavablandırmağı özüm üçün borc hesab edirəm.

Dəyərli vətəndaşlarımız,

İş yerinin dəyişdirilməsi müsabiqəsinin təşkili ilə əlaqədar fəlsəfi və ya texniki məqamlar barədə Sizləri düşündürən və ya şübhələnməyinizə əsas verən məsələləri mənimlə bölüşməyinizi və onlar ətrafında müzakirələr aparmağımızı xahiş edirəm.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə yerləşdirmənin nəticələri açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə yerləşdirmənin nəticələri açıqlanıb

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri bu tarixdə AÇIQLANACAQ

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri bu tarixdə AÇIQLANACAQ

Murad Camalzadə: Bu ilki nəticələr 2014-cü ildən sonra ən yüksək göstəricidir

Murad Camalzadə: Bu ilki nəticələr 2014-cü ildən sonra ən yüksək göstəricidir

Yerdəyişmə müsabiqəsinin nəticələri - infoqrafika

Yerdəyişmə müsabiqəsinin nəticələri - infoqrafika

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri niyə gecikir?-SƏBƏB

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri niyə gecikir?-SƏBƏB

Murad Camalzadə: Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır

Murad Camalzadə: Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır

Əlavə yerləşdirmənin nəticələri açıqlanıb

Əlavə yerləşdirmənin nəticələri açıqlanıb

Müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmənin nəticələri məlum olub

Müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmənin nəticələri məlum olub

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin yerdəyişmə müsabiqəsinə sənəd qəbulu başa çatıb

Müəllimlərin yerdəyişmə müsabiqəsinə sənəd qəbulu başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün 10068 namizəd elektron qeydiyyatdan keçib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün 10068 namizəd elektron qeydiyyatdan keçib

"Son 7 ildə  23 000 müəllim işə qəbul edilib"-Murad Camalzadə

"Son 7 ildə 23 000 müəllim işə qəbul edilib"-Murad Camalzadə

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

"Hazırda sistemdə 7.531 vakansiya mövcuddur"-Murad Camalzadə

Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri

Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri

Onlayn sorğunun nəticələri

Onlayn sorğunun nəticələri

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri

Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

Müddətli müqavilə ilə işə qəbulun nəticələri məlum oldu

Müddətli müqavilə ilə işə qəbulun nəticələri məlum oldu

Altı mindən çox müəllim iş yerini dəyişmək istəyir

Altı mindən çox müəllim iş yerini dəyişmək istəyir

Vakansiya seçimi başa çatıb

Vakansiya seçimi başa çatıb

Nazirlik: “Vakant yer tutmuş namizədlərin sənədləri elektron yoxlanılacaq”

Nazirlik: “Vakant yer tutmuş namizədlərin sənədləri elektron yoxlanılacaq”

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

650 müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib-yerdəyişmənin ilk mərhələsi başa çatdı

650 müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib-yerdəyişmənin ilk mərhələsi başa çatdı