Xəbərlər, Müəllim
25 may 2020

"Son 7 ildə 23 000 müəllim işə qəbul edilib"-Murad Camalzadə

"Son 7 ildə  23 000 müəllim işə qəbul edilib"-Murad Camalzadə

 

İctimai-siyasi tənqidçi Aslan İsmayılov 23 may tarixli paylaşımında təhsil sisteminin mövcud vəziyyətinə dair gəldiyi qənaətlər barədə fikirlərini bildirmişdir. 

Sözügedən paylaşımda əsas diqqət ümumi təhsil müəssisələrində şagirdlərin 1-ci sinfə qəbulu mexanizminə yönəldilib. Həmin mexanizmin təşkili prosesində iştirak etmədiyim üçün qeyd olunan məsələyə dair rəy bildirməyim doğru olmasa da, bildiyim qədəri ilə bir neçə ildir ki, bu kütləvi proses elektron qaydada həyata keçirilir və bu da prosesin şəffaflığının təmin edilməsi istiqamətində mühüm addımdır.

Aslan bəyin məlum paylaşımındakı bir ifadəyə rəy bildirməyi bu proseslərin təşkilində birgə əmək sərf etdiyimiz insanların adına özümə borc bilirəm. Belə ki, Aslan bəy qeyd edib ki: "Təhsil sistemində yenə süpürgəçidən tutmuş hamı rüşvət müqabilində işə qəbul edilirlər”.

Dövlət qulluqçusu olaraq, çoxsaylı vəzifə borclarımdan biri vətəndaşların düzgün məlumatla təmin edilməsi və müraciətlərin cavablandırılmasıdır. Təhsil sisteminin qeyd olunan fəaliyyət sahəsi barədə Aslan bəydə yaranmış və ya yaradılmış həqiqəti əks etdirməyən təəssürata aydınlıq gətirməyin cəmiyyətin ümumi işinə xeyir verəcəyi qənaətindəyəm.

Bildirim ki, süpürgəçi olaraq qeyd edilən xadimə vəzifəsi də daxil olmaqla texniki vəzifələrə işə qəbul müəssisə rəhbərləri tərəfindən həyata keçirilir.

Ölkə vətəndaşlarının məşğulluq səviyyəsinin artmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edən və mənim də məsuliyyət daşıdığım məsələ ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesidir. Pedaqoji istiqamətdə təhsil almış 23.000-nə yaxın vətəndaş 2013-cü ildən etibarən paytaxtın ən nüfuzlu məktəbindən tutmuş ən ucqar kənd məktəblərinə kimi mərkəzləşdirilmiş müsabiqə nəticəsində müxtəlif təhsil müəssisələrinə müddətsiz əsaslarla işə qəbul edilmişdir. Bu faktı şəffaf qaydada işə qəbul edilmiş həmin 23 min insanla dəqiqləşdirmək elə də çətin olmamalıdır. 

Ümumiyyətlə, bu kimi proseslər barədə rəy bildirərkən müşahidə olunan problemlərin mənbəyinin düzgün müəyyən edilməsi vacib şərtdir. Son illər ərzində müəllimlərin işə qəbulu prosesində yol verilən neqativ halların aşkara çıxarılması və günahkarların cəzalandırılması sahəsində ən çox əmək sərf edən tərəf elə Təhsil Nazirliyinin özüdür. 

Nəzərə almaq lazımdır ki, qeyd olunan sahədə baş verə biləcək mümkün neqativ hallar mərkəzi aparat tərəfindən sanksiyalaşdırılmış fəaliyyət deyil. Əgər kadrların işə qəbulu sahəsində neqativ hallar barədə məlumat varsa, Təhsil Nazirliyi bu məsələni ictimai formada birgə araşdırmağa daim hazırdır.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Müddətsiz əsaslarla işə qəbul müsabiqəsi başa çatır

Müddətsiz əsaslarla işə qəbul müsabiqəsi başa çatır

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Müsabiqə qaydalarında dəyişiklik: “Müddətsiz əsaslarla iki iş yerində çalışmaq olacaq”

Peşə məktəblərinə imtahansız qəbul

Peşə məktəblərinə imtahansız qəbul

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

AZƏRBAYCANDA 1-Cİ SİNFƏ QƏBUL ELEKTRON QAYDADA OLACAQ

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI