AzTehsil.com


Xəbərlər
21 avqust 2020
20 884


Təhsil Nazirliyinin İctimai Şurasının üzvü yeni tədris ili barədə danışdı



 

 Ölkədəki epidemioloji vəziyyət məktəblərdə və universitetlərdə tədris prosesinin bərpası ilə bağlı yekun qərar qəbul etməyə hələ ki, imkan vermir. Media.Az ölkədə 2020-ci il martın 3-də dayandırılmış tədris prosesinin yenidən başlaması ilə bağlı mütəxəssislərin rəyini öyrənməyə davam edir.


"Təhsil prosesinin necə təşkil olunacağını əminliklə söyləmək mümkün deyil, çünki koronavirus pandemiyası ilə bağlı vəziyyət barədə əvvəlcədən nəsə demək çətindir. Əlbətdə ki, bu vəziyyətdə bütün mümkün risklərin nəzərə alınması vacibdir”, -  deyə ADA Universitetinin baş müəllimi, Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova Media.Az-a bildirib.

 

Onun sözlərinə görə, hər şeydən əvvəl bütün ehtiyat tədbirlərinə əməl etmək, xüsusilə də, bir sinifdə uşaqların sıxlığının qarşısını almaq, ünsiyyətin mümkün səviyyəsini azaltmaq, sosial məsafəyə riyaət prosesinə nəzarət etmək lazımdır.


"Əsas məsələ bir sinifdə 10-15 şagirddən çox olmamasıdır. Əlbəttə ki, bu təhsil müəssisələrinin rəhbərliyi, müəllimlər, valideynlər və uşaqlar üçün böyük məsuliyyətdir. Lakin ən azı bu qaydalara riayət etməklə təhsil alanlar sosial əlaqə qura biləcəklər, hansı ki, aşağı sinif uşaqları üçün bu, xüsusilə vacibdir”, - deyə Ü.Mikayılova bildirib.


Yuxarı sinif şagirdlərinin təhsillərini onlayn olaraq davam etdirib-etməmələri ilə bağlı suala cavab olaraq, o, qeyd etdi ki, bu vəziyyətdə müəllimlərin buna nə dərəcədə hazır olduqlarına diqqət yetirilməlidir:


"Müəllimlər onlayn təhsilə keçmək məcburiyyətində qaldılar. Heç kim pandemiyanın yayılacağını və belə bir məcburi keçidin olacağını gözləmirdi”.


İctimai Şura üzvünün sözlərinə görə, onlayn formatda işləyən müəllimlər məktəblilərin biliklərinin qiymətləndirilməsi və monitorinqi üçün məhdud imkana malikdirlər.


"Əlbəttə, formal qiymətləndirmə metodları var, lakin müəllimlər onları çox qısa müddətdə öyrənməlidirlər. Yeri gəlmişkən ölkədə 158 min pedaqoq var... Bundan əlavə, onlayn təhsil üçün tənzimlənən qiymətləndirmə sisteminin özünü də yenidən nəzərdən keçirmək lazımdır. Bu format bir çox ölkədə istifadə olunur.


Xatırladaq ki, martın 11-dən etibarən Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət TV” telekanalında yayımlanan "Dərs vaxtı” proqramı çərçivəsində video dərslər keçirilməyə başlanıb. Bütün siniflər üçün tədris planlarını əhatə edən televiziya dərslərində mövzuların qısa məzmunu və təlimatlar daxil edilib. "Virtual məktəb” layihəsi şagirdlərə evlərini tərk etmədən təhsillərini davam etdirməyə imkan verib.


Əksər mütəxəssislər kimi, Ü.Mikayılova ənənəvi və onlayn olan qarışıq təhsil modelindən istifadəni məqsədəuyğun hesab edir:


"Ancaq nəzərə almaq lazımdır ki, bir otaqda şagirdlərin sıxlığını azaltmaq üçün sinifləri iki qrupa böləndə, iki dəfə dərs deyəcək müəllimlərin iş yükü iki dəfə artacaq. Düşünürəm ki, qarışıq formatdan istifadə edərkən dərsə gəlmə günlərini bölmək yaxşı olardı. Məsələn, 1, 3, 5, 7, 9, 11-ci sinif şagirdləri bazar ertəsi, çərşənbə və cümə günləri, qalanları isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri məktəbə gələ bilərlər”.


Baş müəllimin sözlərinə görə, universitetlərdə prosesin yenidən başlamasına gəlincə isə tələbələr onlayn təhsillərini davam etdirə bilərlər.


"Tələbə yoldaşları ilə ünsiyyət imkanından məhrum olduqları üçün onların onlayn təhsilinin çətin olduğunu anlayıram. Ancaq bu mərhələ məktəblilərə nisbətən tələbələr üçün daha az ağrılıdır ”, - deyə Ü.Mikayılova bildirib.




Загрузка...
Həmçinin oxuyun:
Yeni məktəb ilində şagirdləri nə gözləyir - ŞƏRH

Yeni məktəb ilində şagirdləri nə gözləyir - ŞƏRH

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Rusiyada universitetlər necə açılacaq?

Rusiyada universitetlər necə açılacaq?

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Natiq Yəhyayev: Televiziya dərslərinin interaktivliyini təmin etməli və distant təhsil imkanlarını genişləndirməliyik

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Nadir İsrafilov: Hazırda belə qərara gəlinib ki, üç variantda təkliflər hazırlansın, yəni üç variant üzərində düşnülür.

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Baş infeksionist: Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz

Baş infeksionist: Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

İçtimai Şuranın katibi İlqar Orucov: “Ənənəvi dərsi əvəz edə bilməsə də hazırki vəziyyət üçün teledərslər vacib addımdır”

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Nadir İsrafilov: “ İstənilən halda hər bir ssenariyə hazır olmalıyıq…”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”

Akademik İsa Həbibbəyli -“Test sualları dəyişdirilə bilər”