Xəbərlər / Abituriyent / Şagird
19 avqust 2020
2 433


Buraxılış imtahanlarında bölgə məktəblərinin yetirmələri ən yüksək bal topladılar.

 Buraxılış imtahanlarında  bölgə məktəblərinin yetirmələri ən yüksək bal topladılar.

 

Sevindirici haldır ki, DİM tərəfindən keçirilən buraxılış imtahanlarında ən yüksək bal toplayan abituriyenlər- Mirənvər İsmayılzadə(300 bal)  və  Rüstəm Əzimzadə(289 bal) – bölgə məktəblərinin yetirmələridir və ali məktəbə də orada hazırlaşıblar.

Onların hər ikisi Lənkəranda fəaliyyət göstərən Maarif Tədris Mərkəzində hazırlıq keçiblər.  Mirənvər İsmayılzadə ötən il buraxılış və blok imtahanların ümumi nəticəsində  651 bal toplasa da ali təhsil almağa müəyyən səbəblərdən tələsməyib.

O, bu il Maarif  Təhsil Mərkəzində hazırlığını davam etdirərək, bu il buraxılış imtahanından maksimal bal toplayaraq, Respublika birincisi olub.  

Təhsil Mərkəzinin təsisçisi və rəhbəri Arif Alxaslı  yetirmələrinin  uğuru barəsində danışıb: 

"Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar təhsil  mərkəzinin yüksək hazırlıq səviyyəsindən xəbər verir”

"Maarif  Təhsil Mərkəzi 2014-cü ildən fəaliyyətə başlayıb. Artıq 7 ilə yaxındır ki, abituriyent  hazırlığı davam etdirilir.

Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar tədris mərkəzinin yüksək hazırlıq səviyyəsindən xəbər verir. Ən yüksək nəticəni isə bu il Mirənvər İsmayılzadədən  gördük. Mirənvər mərkəzimizdə  2015-ci ildən hazırlığa başlayıb. 1-2 il ödənişli təhsildən sonra ödənişsiz olaraq hazırlığa davam edib.

Digər uğurlu nəticəni isə Rüstəm Əzimzadə göstərib. O, buraxılış imtahanlarının ilk mərhələsində 289 bal topladı. 3 ildir ki, Rüstəm mərkəzdə hazırlığını davam etdirir.

Bu nəticələrin  əldə olunmasında  mərkəz müəllimlərinin əziyyəti böyükdür. Onlara öz təşəkkürümü bildirirəm. Həmçinin, abituriyentlərimə də minnətdaram ki, hər il yüksək göstəricilərlə bizi sevindirirlər”.

Arif … bildirdi ki, dərslər ənənəvi formada davam etsəydi, abituriyentlərin nəticələri daha yüksək olardı. O, həmçinin abituriyentlərin qarşılaşdığı internet problemindən də danışdı:

"Koronavirusla əlaqədar martın 9-dan onlayn dərslərə tədris mərkəzində start verildi. Martın 11-dən isə Təhsil Nazirliyinin göstərişinə əsasən, bütün təhsil mərkəzlərində ənənəvi dərslər dayandırıldı. Onlayn dərslərdə abituriyentlərlə hazırlığa önəm verdik. Ənənəvi dərslər davam etsəydi, indikindən daha yüksək nəticə əldə edəcəyimizi düşünürəm. Ən azı 4 abituriyetimizdən Mirənvər və Rüstəmin nəticəsini gözləyirdim. Rayonda internet şəraitinin hər evdə eyni cür olmaması səbəbindən onlayn dərslərdə problemlər yarana bilirdi”.

Arif Alxaslı  təhsil  mərkəzində ibtidai siniflərin də hazırlığına başlandığını qeyd etdi:

"Mərkəzdə abituriyent hazırlığı zamanı sinifləri 3 cür təşkil edirik: zəif, orta, güclü

Tədris mərkəzi  fəaliyyətə  9-11-ci siniflərin hazırlığı ilə başladı. İlk ildən yüksək nəticələrimiz olub. Artıq kursumuzda ibtidai sinif şagirdlərinin hazırlığına start verilib”.

"Tədris mərkəzinin filiallar şəbəkəsini artımağı düşünürük”

"Maarif” Tədris mərkəzinin 2 filialı var. Həmin filiallar Lənkəran və Bakı şəhərlərində yerləşir. İlk olaraq Lənkəranda açıldı. Bu prosesi davam etdirib, bir neçə bölgədə mərkəzin filiallarını açmağı düşünürük”.

 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Maarif Təhsil Mərkəzinin şagirdləri Respublika birincisi oldu.

Maarif Təhsil Mərkəzinin şagirdləri Respublika birincisi oldu.

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Yüksək bal toplayanlar  hansı  bölgələrdən   olduğu  açıqlandı.

Yüksək bal toplayanlar hansı bölgələrdən olduğu açıqlandı.

DİM -dən İmtahanlarda yüksək bal toplayanlarla bağlı AÇIQLAMA

DİM -dən İmtahanlarda yüksək bal toplayanlarla bağlı AÇIQLAMA

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

"Yüksək bal toplayan abituriyentlərin sayının kəskin artması müsabiqə şərtlərini ciddi şəkildə dəyişə bilər"

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

Test imtahanlarında növbəti yüksək bal

Test imtahanlarında növbəti yüksək bal

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

İmtahanlarda ən yüksək bal toplayanların sayı açıqlandı

İmtahanlarda ən yüksək bal toplayanların sayı açıqlandı

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

DİM-dən abituriyentlər üçün güzəşt

DİM-dən abituriyentlər üçün güzəşt

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

III qrupda yüksək bal toplayıb qəbul ola bilmədilər...Boş qalan yerlərə seçimə bir gün qalıb

III qrupda yüksək bal toplayıb qəbul ola bilmədilər...Boş qalan yerlərə seçimə bir gün qalıb

"Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir"

"Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir"

İki nəfər ən yüksək nəticə göstərib

İki nəfər ən yüksək nəticə göstərib

Bu günə kimi imtahanlarda 82 nəfər 700 bal toplayıb

Bu günə kimi imtahanlarda 82 nəfər 700 bal toplayıb

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert