AzTehsil.com


Xəbərlər
10 iyul 2020
1 301


"Fibonacci" intellektual yarışının I mövsümü yekunlaşıb



"Fibonacci" intellektual yarışının I mövsümü yekunlaşıb

 

Məktəblilərarası onlayn "Fibonacci" intellektual yarışının I mövsümü başa çatıb. 

I mövsüm 8 seçim oyunundan ibarət olub. Hər seçim oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təxminən 600-800 aralığında şagird, 80-100 arası komanda iştirak edib. 

Mövsümün final turunda 35 komanda yarışıb. Oyunun nəticələrinə əsasən, I yeri Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin komandası ("Tesla"), II yeri Bakı Avropa liseyinin komandası ("Fortuna"), III yeri isə Bakı şəhəri 287 nömrəli tam orta məktəbin komandası ("Zəkalar”) tutub.

 Uşaqların oyuna marağı nəzərə alınaraq, finala keçməyən komandalar üçün də iyulun 7-də həvəsləndirici final oyunu təşkil edilib. 27 komandanın yarışdığı oyunun nəticələrinə görə, Təhsil Nazirliyinin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin komandası ("Proqress”) I, Bakı şəhəri 264 nömrəli tam orta məktəbin komandası ("Kingsman”) II, 62 nömrəli tam orta məktəbin komandası ("Qızıl Alma”) III yerə layiq görülüb.                  

Hər iki oyunun qalib komandalarına Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunacaq. 

"Fibonacci" intellektual yarışının II mövsümünə sentyabr ayında start veriləcək. 

Bildirək ki, onlayn formatda V-VII sinif şagirdləri arasında keçirilən"Nə? Harada?Nə zaman?” yarışması da davam etdilir. 

Qeyd edək ki, bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.



Загрузка...
Həmçinin oxuyun:
Onlayn intellektual yarışlar davam edir

Onlayn intellektual yarışlar davam edir

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib

Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib

Məktəblilərarası onlayn intellektual yarışlar

Məktəblilərarası onlayn intellektual yarışlar

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

Zaqatalada futbol yarışının rayon mərhələsi başa çatıb

Təhsil işçiləri arasında Milli Qurtuluş Gününə həsr olunan intellektual oyun

Təhsil işçiləri arasında Milli Qurtuluş Gününə həsr olunan intellektual oyun

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Müsabiqəyə yekun vurulub

Müsabiqəyə yekun vurulub

ADU-nun komandası yenə birinci oldu

ADU-nun komandası yenə birinci oldu

Müəllim, valideyn və şagirdlər bilik yarışında

Müəllim, valideyn və şagirdlər bilik yarışında

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Ağstafada 7-ci siniflər arasında futbol yarışının qalibi müəyyən olub.

Ağstafada 7-ci siniflər arasında futbol yarışının qalibi müəyyən olub.

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub