AzTehsil.com


Xəbərlər
04 may 2020
1 286


Onlayn intellektual yarışlar davam edir



Onlayn intellektual yarışlar davam edir

 

1-2 may tarixlərində onlayn   "Fibonacci" və "Nə? Harada?Nə zaman?” intellektual yarışlarının növbəti oyunları keçirilib. 

 Mayın 1-də baş tutan  "Fibonacci" oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 132 komanda (təxminən 900 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin komandası tutub ("Eagles" komandası, 58 bal). II-III yerləri isə H.Əliyev adına Müasir Təhsil Kompleksi ("Growth Mindset" komandası, 53 bal) və Bakı şəhəri 24 nömrəli tam orta məktəbin ("Legendary" komandası, 53 bal) komandaları bölüşdürüb.  

Mayın 2-də keçirilən "Nə?Harada? Nə zaman?” yarışında isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 108 komanda (təxminən 650 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin komandası I yerdə qərarlaşıb (24 sualdan 20 düzgün cavab). II-V yerləri isə 17 düzgün cavab ilə  Bakı şəhəri 160, 147, 182 və 61 nömrəli  tam orta məktəblərin komandaları bölüşdürüblər. 

Qeyd edək ki, onlayn formatda məktəblilərarası "Fibonacci” yarışması əsasən VIII-XI, "Nə? Harada?Nə zaman?” yarışması isə V-VII sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq. 

Bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.



Загрузка...
Həmçinin oxuyun:
Məktəblilərarası onlayn intellektual yarışlar

Məktəblilərarası onlayn intellektual yarışlar

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib

Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Məktəblilərarası Fibonacci intellektual yarışının yarımfinal mərhələsi

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

I sinifə qəbul üçün alternativ qeydiyyat mərkəzləri yaradıldı

I sinifə qəbul üçün alternativ qeydiyyat mərkəzləri yaradıldı

ADU-nun komandası yenə birinci oldu

ADU-nun komandası yenə birinci oldu

Müəllim, valideyn və şagirdlər bilik yarışında

Müəllim, valideyn və şagirdlər bilik yarışında

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

146-2 “Qaynar xətt” xidmətinə oktyabr ayında 28 müraciət daxil olub

146-2 “Qaynar xətt” xidmətinə oktyabr ayında 28 müraciət daxil olub

700 bal toplayan 15 nəfər kimdir? - Tam SİYAHI

700 bal toplayan 15 nəfər kimdir? - Tam SİYAHI