AzTehsil.com


Xəbərlər / İlk peşə təhsili
25 iyun 2020
1 178


Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər



Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər

 

İyunun 24-də "Virtual məktəb” layihəsi çərçivəsində "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn tədbir keçirilib.

Tədbir mərkəzin peşəyönümü işlərinin planına uyğun olaraq, mərkəzin müəllim və pedaqoji-mühəndis heyətinin iştirakı ilə baş tutub. Məqsəd gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirmə işlərinin aparılması və peşə təhsilinin vacibliyinin aşılanmasıdır.

Görüşdə mərkəzdə tədris olunan "Avtomobil diaqnostikası və təmiri üzrə usta”, "Veb dizayner və proqram təminatçısı”, "Avtomatika üzrə usta”, "İnşaat ustası”, "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” , "Elektronika ustası” , "Torna və frezer dəzgahlarının operatoru” və "Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasların təqdimatı nümayiş olunub,  bu ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, təşkil olunmuş tədbir çərçivəsində 2019-2020-ci tədris ilini uğurla başa vurmuş Təhsil Mərkəzinin təqdimatı həyata keçirilib. Tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib, zəngin maddi-texniki baza imkanlar təqdim edilib, strukturda mövcud olan emalatxana və laboratoriya otaqlarına virtual turlar təşkil olunub.

Eyni zamanda, görüşdə işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Qeyd olunub ki, Mərkəzin əsas missiyası müasir tələblərə və qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaq və onları tərəfdaş şirkətlərdə iş imkanları ilə təmin etməkdir.

Görüşün sonunda ünvanlandırılan bütün suallar iştirakçılar tərəfindən cavablandırılıb.

Qeyd edək ki, 12, 18 iyun tarixlərində də Mərkəz tərəfindən "Virtual məktəb” layihəsi çərçivəsində peşəyönümü üzrə təbliğat xarakterli distant tədbirlər həyata keçirilib.



Загрузка...
Həmçinin oxuyun:
Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi

Peşə məktəblərində yeni ixtisaslar

Peşə məktəblərində yeni ixtisaslar

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu davam edir

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Yeni Peşə Təhsil Mərkəzində boş qalan yerlərə qəbul

Sənəd qəbulu bu gün başa çatır

Sənəd qəbulu bu gün başa çatır

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

Nazirlik peşə məktəblərində ən çox maraq doğuran ixtisasları açıqlayıb

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Yeni Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir

Yeni Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə təhsili müəssisələrinə qəbulda böyük fəallıq müşahidə olunur

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI