AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
20 iyun 2020
31 567


Nazirlər Kabineti ümumi təhsil müəssisələri ilə bağlı QƏRAR VERDİ



 

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”nı təsdiq edib.

Bu Qayda təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.

Bu Qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir.
Dövlət ümumi təhsil müəssisəsində  mühafizə xidmətinin təşkili müqavilə əsasında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri tərəfindən "həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.  Obyektlərin mühafizəsi mühafizə hissələri tərəfindən "həyəcan” siqnalizasiya sistemi vasitəsilə obyektlərə, orada çalışan pedaqoji və texniki heyətə, təhsilalanlara, habelə mühafizə xidmətinin əməkdaşlarına edilə biləcək hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə polis naryadının çağırılması üçün həyata keçirilir.

"Həyəcan” siqnalizasiya sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

- məlumatvermə sistemləri;

- nəzarət-qəbuledici cihazı;

- radioötürücüyə qoşulan "həyəcan” siqnalizasiyası şleyfi.

"Həyəcan” siqnalizasiya şleyfi aşağıdakı tərkib hissələrindən ibarətdir:

- əyləc;

- düymə;

- açar;

- brelok.

Qeyd olunan "həyəcan” siqnalizasiya sisteminin tərkib hissələri obyektlərdə Baş Mühafizə İdarəsi tərəfindən müəyyən edilən tələblərə uyğun müvafiq yerlərdə, o cümlədən istehsalçının təyin etdiyi qaydada quraşdırılır. Şleyfə qoşulan əyləc elə quraşdırılmalıdır ki, ayaq və ya dizlə kənar şəxslər tərəfindən hiss olunmadan işə salınması mümkün olsun. Şleyfə qoşulan hissələr işə salınarkən hər hansı bir səs verməməli və yaxud bu səs eşidilməz dərəcədə olmalıdır. Şleyfə qoşulan hissələr görünməməli, maksimum gizli şəkildə quraşdırılmalıdır. Obyektlərin "həyəcan” siqnalizasiya sistemlərinin köməyi ilə müşahidə olunması üçün "həyəcan” siqnalizasiya şleyfi birbaşa siqnalizasiya sistemlərinin son qurğusu (telefon kanalı, radiokanal qurğuları və s.) vasitəsilə Mərkəzi Mühafizə Məntəqəsinə qoşulur və daimi enerji ilə təmin olunması üçün əlavə qida mənbəyi (UPS)  quraşdırılır. Mərkəzi Mühafizə Məntəqəsi fəaliyyət göstərməyən inzibati ərazi bölgüsündə olan obyektlərdə quraşdırılmış "həyəcan” siqnalizasiya sisteminin çıxışı xüsusi rabitə vasitələri ilə yaxınlıqda olan polis postunda quraşdırılmış nəzarət-qəbuledici cihazının ayrıca zonasına qoşulur.

Obyektlərdə quraşdırılmış "həyəcan” siqnalizasiya sistemlərindən istifadə üçün müəssisənin rəhbəri tərəfindən müvafiq əmrlə müəssisə əməkdaşları sırasından aidiyyəti məsul şəxs (şəxslər) təyin edilir. "Həyəcan” siqnalizasiya sistemi üzrə məsul şəxsin (şəxslərin) vəzifələri aşağıdakılardır:

- obyektdə baş verə biləcək hər hansı hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə "həyəcan” siqnalizasiyasının işə salınması;

- "həyəcan” siqnalizasiya sisteminin obyektdə quraşdırılmış mexanizmlərinin qorunub saxlanılması;

- sistemin yerləşdiyi yer barədə məlumatın qorunub saxlanılması;

- sistemin vəziyyəti barədə müəssisə rəhbərinin mütəmadi məlumatlandırılması.

Məsul şəxs (şəxslər) sistemin zərurət olmadan işə salınmasına görə məsuliyyət daşıyır. Polis naryadı "həyəcan” düyməsinin köməyi ilə müşahidə olunan obyektlərdən "həyəcan” siqnalı barədə məlumat aldıqda, hadisə yerinə gizlin yaxınlaşmalı, qanun pozucusu aşkar olunduqda özünün, obyektdə olan işçilərin və vətəndaşların təhlükəsizliyini təmin etməklə, onun zərərsizləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət etməlidir.

Özəl və bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri və ya özəl mühafizə müəssisələri tərəfindən "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçirilir.



Загрузка...
Həmçinin oxuyun:
Dövlət ümumi təhsil müəssisələri “həyəcan” düyməsi ilə təchiz olunacaq

Dövlət ümumi təhsil müəssisələri “həyəcan” düyməsi ilə təchiz olunacaq

Baş nazir təhsil müəssisələri ilə bağlı qərar verib

Baş nazir təhsil müəssisələri ilə bağlı qərar verib

Nazirlik: Təhsil müəssisələri vaxtaşırı olaraq yanğından mühafizə balonları və lövhələri ilə təmin edilir

Nazirlik: Təhsil müəssisələri vaxtaşırı olaraq yanğından mühafizə balonları və lövhələri ilə təmin edilir

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Bakıda məktəbdə yanğın - şagirdlər təxliyyə edildi

Bakıda məktəbdə yanğın - şagirdlər təxliyyə edildi

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

20 nömrəli məktəbin yaxınlığında baş verən yanğınla bağlı AÇIQLAMA

20 nömrəli məktəbin yaxınlığında baş verən yanğınla bağlı AÇIQLAMA

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Nümunəvi   Əsasnamə

Nümunəvi Əsasnamə

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Yanğın zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi

Yanğın zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.