AzTehsil.com

Xəbərlər
17 iyun 2020
2 168

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş "Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Tərcümə Mərkəzindən verilən məlumata görə, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Lüğətin tərtibçisi və Ön sözünün müəllifi – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru – Lətafət Səmədovadır.

Kitab "Şərq-Qərb” nəşriyyatında çap edilib.

Загрузка...
Həmçinin oxuyun:
"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Orfoqrafiya lüğətinin onlayn versiyası hazırlanıb

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verdi

Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda nəşr olunacaq

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ