AzTehsil.com


Xəbərlər
03 iyun 2020
1 477


“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”



“Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə”

 

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Milli Aviasiya Akademiyasının hüquq fakültəsinin birgə təşkilatçılığı ilə "Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

BDU-nun rektoru Elçin Babayev  Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edib. O  əlavə edib ki, universitetin hüquq fakültəsi indiyə qədər minlərlə yüksək ixtisaslı kadr yetişdirərək respublikanın hüquq- mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edib. Rektorun sözlərinə görə, adıçəkilən fakültə respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov "Heydər Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin müəllifidir”,  Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov "Məhkəmə-hüquq islahatları dövründə ədliyyə sahəsində elektron texnologiyaların tətbiqinin bəzi məsələləri”,  Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov "Hüquqi dövlət prinsiplərinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev "Yerli özünidarəetmə sistemində bilavasitə xalq demokratiyası” və digər məruzəçilərin konfransın mövzusu  ətrafında çıxışları dinlənilib.

Məruzələrdə ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri, "Şərq-Qərb”, "Şimal-Cənub", Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması, məhkəmə işlərinin elektron idarəedilməsi, dövlətin əsas qanunu kimi konstitusiya anlayışı, məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquq və azadlıqların üstünlüyü prinsipi, insan və vətəndaşın əsas hüquq və azadlıqları,  sosial-iqtisadi hüquqlar, yerli özünüidarəetmənin təminatlarının hüquqi əsasları,  beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi, məhkəmə sistemlərində süni intellektdən istifadə, fərdi məlumatların məxfiliyinin təmin edilməsi, elektron hökümətin hüquqi əsasları kimi mövzularda müzakirələr aparılıb.

Microsoft Teams platforması üzərindən təşkil olunan  elmi konfrans  iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

 



Загрузка...
Həmçinin oxuyun:
“Fors-major hallarının hüquqi tənzimlənməsi”

“Fors-major hallarının hüquqi tənzimlənməsi”

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

Milli Hüquq Evində  "Təhsil Hüququ: Qanunvericilik, problemlər" mövzusunda seminar keçirilib

Milli Hüquq Evində "Təhsil Hüququ: Qanunvericilik, problemlər" mövzusunda seminar keçirilib

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Milli Məclisin Səhiyyə komitəsi koronavirusa görə iclas ÇAĞIRDI

Milli Məclisin Səhiyyə komitəsi koronavirusa görə iclas ÇAĞIRDI

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Milli Aviasiya Akademiyasının kafedra müdiri dünyasını dəyişib

Milli Aviasiya Akademiyasının kafedra müdiri dünyasını dəyişib

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları

Sahil Babayev rektorun oğluna yüksək vəzifə verdi

Sahil Babayev rektorun oğluna yüksək vəzifə verdi

BDU-nun Hüquq fakültəsinin tələbələri kiçik çaplı odlu silahdan atışlara cəlb edilib

BDU-nun Hüquq fakültəsinin tələbələri kiçik çaplı odlu silahdan atışlara cəlb edilib

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Əmək hüququnun subyektlərinin ümumi xarakteristikası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcəkdir

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcəkdir