AzTehsil.com


Xəbərlər
06 may 2020
1 442


Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub



Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

 

Bakı Dövlət Universitetinin (BDU) biologiya və sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə "Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans keçirilib.

BDU-dan bildirilib ki, ali məktəbin rektoru Elçin Babayev koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması, yeni yaradılan elmi-tədqiqat laboratoriyaları, onların gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olunduğunu bildirən rektor  Azərbaycanın ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.

Sonra biologiya fakültəsinin onurğasızlar zoologiyası kafedrasının professoru Hökümə Quliyeva "SARS-CoV-2 virusunun yayılmasında zooloji obyektlərin rolu” haqqında, sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə kafedrasının professoru Fikrət Əfəndiyev "Koronavirus pandemiyası və epidemiyalarının sosial-psixoloji aspektləri” adlı məruzələrlə çıxış ediblər. Biologiya fakültəsinin magistrantları "Koronaviruslarla mübarizədə biyan kökündən istifadə edilməsinin perspektivləri” adlı məruzəni və koronavirusun Azərbaycanda yayılmasının riyazi modelini, həmçinin gələcək proqnozlarını konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Sosial elmlər və psixologiya fakültəsinin magistrantları karantin rejiminin psixoloji aspektləri, gənclər üçün virus pandemiyasının mümkün fəsadları haqqında məlumat veriblər.

İranın Marağa Tibb Universitetinin farmakologiya və toksikologiya kafedrasının dosenti Əziz İftixarinin koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz tədbirlərə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

"Microsoft Teams” platforması üzərindən təşkil olunan  konfransa İran İslam Respublikasının Marağa Tibb Universiteti ilə yanaşı,  Polşanın II İohan Pavel adına Lublin Katolik Universiteti və Türkiyənin Bozok Universitetindən olan tədqiqatçılar da qatılıblar.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.

 



Загрузка...
Həmçinin oxuyun:
“Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər”

“Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər”

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

BDU-da tədqiqat

BDU-da tədqiqat

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Virtual konfransda məruzələr təqdim olunub

Virtual konfransda məruzələr təqdim olunub

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

“Pandemiya şəraitində “Horizon 2020”: tibbi araşdırmalar” mövzusunda vebinar

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Tibb Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Riyaziyyatçılar Bakıda toplaşacaq - 43 ölkədən 243 alimin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

Riyaziyyatçılar Bakıda toplaşacaq - 43 ölkədən 243 alimin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı