Deyerli repititorluq eden muellimler. Daim eserin gizli qəhrəmanlari olmuşuq. Gece gunduz tehsilimizin inkisafi səy gostermişik. Bunun nəticəsdir ki, bu gün Nazirlər kabineti karantin rejiminin yumşaldılması məqsədi ilə fəaliyyətə başlanması labüd olan sahələrə repititorluğu da daxil etmişdir.
Bu repititorlar ücün çox böyük uğurdur, yəni bu sahə belə ağır gündə vacib olduğunu bir daha sübut etdi. Bu həm də repititorlarin uzərinə bir qədər də məsuliyyət qoyur. Bu yolla kicik qruplara ödənişli xidmət gosterməklə yanaşı imkanı zəif olan şagirdləri daxil etmək yaxşı olar. Əslində bu üsul bütün repititorlara tanışdır. Bir qədər sayı artırmaq (əlbətdə ki bir qrupda olan şagirdlərin sayı 10 nəfəri keçməməli, ara məsafəsi 1m dən az olmamalıdır) olar.
Lakin başqa bir məsuliyyət ise repititorluga başlamaq üçün müəyyən hüquqi məsələləri həll etmək lazımdır. Onlar aşağıdakılardır:
1. VÖEN- Əslində müəllimlərin ən qorxduğum hissə Vergi. Dəyərli müəllimlər biz hüquqi dövlətdə yaşayırıq bunun üçün gəlirimizin vergisini ödəməliyik. Ölkənin büdcəsi vergilərlə formalaşır bundan qaçmaq məsuliyyətdir. Lakin dövlətimiz müəllimlərin əlavə gəlirlərinə, onlara olan sevgisi hesabına bu gunə qədər nəzarət etməmişdir. ---Verginin məbləği. Ümumiyyətlə verginin məbləği gəlirimizə görə hesablanır. Orta məktəb gəlirlərimizdən bunu rahat başa düşə bilərik. Maaşı 500m alan müəllim ayda təxminən 105, maaşı 700m olan isə 147m vergi ödəyir. Göründüyü kimi gəliri çox olan daha çox vergi verməlidir.
Repititorluq üçün sadə vergi ödənilir. Bu rəqəm çox da böyük deyil və 2 vergidən ibarətdir: maliyə və DSMF
Maliyyə vergisi gəlirin rayonlarda 2%, Bakıda isə 4% ödənilir.
DSMF -na isə hər ay 20-30m. Bu pul isə sizin pensiyaniz üçün toplanır.
İl 4 rubə ayrılır Hər rübdən sonra 20 gün ərzində beyennamə (maliyyə hesabatı) verilir. 1-ci rüb aprelə kimidir, 2-ci rubə aprel may və iyun daxildir. Biz isə mayın 1 dən VÖEN-imizi aktiv etmişik.Demək iyulun 1-20 aralığında bəyannaməni verməliyik.
Bildiyimiz kimi gəlirimiz aprel ayında olmayıb yəni 0, may 1000m, iyun ayından 1200m olub. Onda bu rüb üçün sizin cəmi 2200 gəliriz olub. Əgər rayonda yasayirsizsa 2% yəni 44m və hər ay 20-30m DSMF vergi ödəmeliyik. Bu iki ay üçün heç 100m olmur.
Sadə vergidə uşaq sayı yoxdur, sadəcə qazanciniz olur ki bunu da özünüz müəyyən edirsiz.
----Bəs nə vaxt vergini ödəməliyik?
Bəyannama dövrünə qədər yaxud da dövründə verilməlidir. Yəni bizim 2-ci rüb üçün vergimiz iyulun 20 nə kimi yekunlaşmalidir. Gecikmə olduqda cərimə olunursuz.
Əgər bundan sonra davam etdirməsəniz dondura bilərsiz. Əgər dondurmasiz gəliriz olmasa belə bəyannamə verilməlidir. Belə olan halda gəlir 0 göstərilir.
2.ASAN İMZA bu sadəcə bir telefon nömrəsi (Azərsel, Baksell yaxud Nar fərq etməz hansını istəyirsiz) almaqla başlanır. Bu nömrənin kontursuz qiyməti 25m dur. Nömrəni aktiv etmək bir ay üçün 2.5m pul yukləməlisiz. Bu nömrə maliyə əməliyyatları edə bildiyi üçün xüsusi nomrədir. Siz onu telefon kimi istifadə edirsinizsə onda hər ay ona danışıqdan əlavə 2.5m pul yukləməlisiz. Əgər sadəcə maliye əməliyyatları üçün bu nömrəni istifadə edəcəksinizsə onda yalnız həmin ay üçün aktiv edin. Yəni pul yükləyin 15 dəq müddətində aktiv olacaq.
3.ELEKTRON İZAZƏ. Siz ASAN İMZA əldə etdikdən sonra elektron icazə ala bilərsiniz!
Yaşar Kazımov müəllim