AzTehsil.com


Xəbərlər
07 fevral 2020
2 195


STEAM tədrisi ilə bağlı təlimin bağlanış mərasimi



STEAM tədrisi ilə bağlı təlimin bağlanış mərasimi

 

Fevralın 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə "STEAM (Science, Technology, Engineering, Art and Mathematics)” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq, İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ilindən etibarən Bakının 42 məktəbində tətbiq edilən STEAM layihəsi 254 sinifdə 6000-dən çox şagirdi əhatə edir. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiqinə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Nazir müavini bildirib ki, müasir dövrün çağırışları təhsil sahəsinin qarşısında yeni tələblər qoyur. STEAM tədris metodikasının əsas mahiyyətindən danışan Məhəbbət Vəliyeva deyib ki, növbəti iki il ərzində layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, layihənin tətbiqinə başlandığı gündən indiyə qədər müəllimlər həm Azərbaycanda, həm də xarici ölkələrdə çoxsaylı təlimlərə cəlb ediliblər. Təlimlərdə iştirak etmiş müəllimlərin əksəriyyəti ilə əməkdaşlığa başlanılıb və layihənin tətbiq sahəsinin genişləndirilməsi məqsədilə müxtəlif işlər görülüb, 34 həftəlik tədris proqramı yazılıb, dərslərin tədrisi üçün Azərbaycan və rus dillərində dərs vəsaitləri çap edilib.

Daha sonra çıxış edən İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq məlumat verib ki, 50 təhsil mütəxəssisi ötən ilin dekabrında İsraildə, bu ilin fevralında isə Bakıda 5 həftəlik STEAM və robotiks təhsil proqramlarının tədrisi istiqamətində keçirilən təlimdə iştirak edib. Qeyd olundu ki, bu cür tədbirlərin keçirilməsi iki ölkənin münasibətlərinə müsbət təsir edir.

İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild çıxış edərək STEAM tədrisinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.

Tədbirin sonunda təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə

Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur

Müəllimlər STEAM layihəsi üzrə Türkiyədə təlimlərdə

Müəllimlər STEAM layihəsi üzrə Türkiyədə təlimlərdə

Nazir müavini Məhəbbət Vəliyeva Zərdab rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Zərdab rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Xızıda məktəb açılışında

Nazir müavini Məhəbbət Vəliyeva Xızıda məktəb açılışında

Nazir müavini Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb

Nazir müavini Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı

Nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonunda

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin hesabat tədbiri

Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin hesabat tədbiri

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsində səfərdədir

Nazir müavini Şamaxı şəhərində

Nazir müavini Şamaxı şəhərində

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda

Nazir müavini Məhəbbət Vəliyeva Tərtər rayonunda

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda