AzTehsil.com


Xəbərlər
30 yanvar 2020
2 044


Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə



Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "STEAM Azerbaijan” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq üçün Bakı şəhəri 220, 245 və 114 nömrəli tam orta məktəblərdə  olub.

Nazir müavini STEAM dərslərini tədris edən müəllimlərlə görüşüb, STEAM məzmununun mənimsənilmə səviyyəsi, yeni metodologiya, konsepsiya və yanaşmaların müəllimlər tərəfindən tətbiqi ilə maraqlanıb. Həmçinin təhsilalanların dərs prosesi zamanı  hazırladıqları əl işləri və kiçik layihələrlə tanış olub.

Daha sonra STEAM dərslərinin tədrisi və gözləntilərə dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ilindən etibarən 42 ümumtəhsil məktəbində "STEAM Azerbaijan” layihəsinin tətbiqinə başlanılıb.edu.gov.az 



Загрузка...