İlham Əliyevlə birinci xanım Şuşada açılışlarda iştirak edib
AzTehsil.com xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.