Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.
Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb.
Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub.
Qeyd edildi ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub
Birinci vitse-prezident Gəncədəki 18 saylı məktəbdə oldu
Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi
Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR
Birinci vitse-prezident körpələr evində - FOTOLAR
Leyla Əliyeva internat məktəbində - FOTOLAR
Mehriban Əliyeva “Cırtdan” istirahət və sağlamlıq mərkəzinin açılışında -FOTOLAR
Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO
Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Prezident Gəncədəki orta məktəbdə oldu
Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında
Prezident İlham Əliyev 74 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi
Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu
İnternat məktəbində bayram şənliyi keçirilib
İlham Əliyev Masazırda məktəb açılışında olub
Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB
Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında
Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi
Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib
Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub