Qubada Novruz bayramı
AzTehsil.com - Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Bu bayram yalnız baharın gəlişini deyil, həm də milli birlik, həmrəylik, mənəvi dəyərlər və tarixi ənənələrin canlanmasını simvolizə edir. Məktəbimizdə "Novruz sevinci" adlı sərgi təşkil olunmuşdur. Tədbirdə Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım müəllim, Yeni Azərbaycan Partiyasının Sədri Fidan xanım Hüseynova, Quba rayon Həmkarlar İttifaqının sədri Vüsalə xanım , Kənd Ağsaqqallar Şurasının sədri Ziyarəddin Şərifov və Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Rüstəmova da iştirak edirdi. Məktəbin direktoru Vüqar İmaməliyev çıxış edərək bayram münasibətilə hamını təbrik etdi daha sonra sərgiyə baxış keçirildi.Bayram tonqalı alovlandırılıb, tonqal ətrafında birlik rəmzi olan "Yallı"rəqsi ifa olunmuşdur. Tədbirimizə şagirdlərin ifasında şeirlər səslənmiş,rəqslər ifa edilmiş,Novruzun atributları Keçəl və Kosanın sərgüzəştləri ilə davam etdirilmişdir.