Xəbərlər
15 mart 2017
3 298


ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

 

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü və təşkilatçılığı ilə universitetin 2 nömrəli tədris binasında Novruz bayramı münasibətilə "Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər tanınmış şəxslər iştirak ediblər. Bayram şənliyindən öncə qonaqlar tədris binasındakı Heydər Əliyev Mərkəzi ilə tanış olublar. ADPU-nun rektoru, professor Cəfər Cəfərov onlara Mərkəzin fəaliyyəti barədə məlumat verib. Sonra tədbir akt zalında davam etdirilib.
 

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

 

Bayram şənliyində tələbələr Azərbaycan milli kinosunun nadir incilərindən sayılan "Arşın mal alan”, "O olmasın, bu olsun” filmlərindən müxtəlif səhnəcikləri nümayiş etdiriblər. Novruzun adət-ənənələrindən olan papaqatdı ilə bağlı videoçarx nümayiş etdirilib. Novruz personajları olan Kosa və Keçəlin şən zarafatları, Bahar qızın şeirləri, rəqsləri, tələbələrin ifa etdikləri şeirlər, səhnələr, milli və xarici rəqslər, "Bayram gəlir elimə”, "Azərbaycan-anaların anası” nəğmələri, "Sarı gəlin” rəqsi, həmçinin TGT-nin "Şən və hazırcavablar klubu”nun təqdim etdiyi tamaşa iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. 

 

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

 

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara ən xoş, ən səmimi arzularını bildirib. 
 

 

Sonra həyətdə Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında rəqs ediblər.
Məqalə Göndər








Загрузка...