AzTehsil.com

İlk peşə təhsili / Şagird / Biznes / Xəbərlər / Digər Elan
28 mart 2025
506

Dəyişikliklər peşə təhsilinə marağı daha da artıracaq - Deputat



Dəyişikliklər peşə təhsilinə marağı daha da artıracaq - Deputat

“Təhsil haqqında” və "Peşə təhsili haqqında" qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər ölkədə peşə təhsilinə marağı daha da artıracaq. AzTehsil.com - dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin peşə təhsili üzrə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, sənəddə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və növbəti üç tədris ili üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu, sözügedən ərazilərdə peşə təhsilinin stimullaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına, eyni zamanda zəruri kadr potensialının yaradılmasına xidmət edir. Azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin, xüsusən də gənclərin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi vacib prioritetlərdən biridir.

Ümumiyyətlə, cənab Prezidentin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 40 minə yaxın insan məskunlaşıb. Sevindirici haldır ki, işğaldan azad olunmuş ərazilərdə məşğulluq proqramları mütəmadi olaraq genişlənir. Həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların 86 faizinin məşğulluğu artıq təmin edilib. Bu da burada yaşayan əhalinin sosial rifahının yaxşılaşması deməkdir. 

Yeni dəyişikliklər həm də ölkədə peşə təhsilinə marağın daha da artmasına təkan olacaq. Məlumdur ki, peşə təhsili vasitəsilə gənclər əmək bazarlarında üstün olmaqla yanaşı həm də texnoloji nailiyyətlərdən yararlanır, zəruri təcrübələrə yiyələnirlər. Ümumiyyətlə, peşə təhsili məşğulluq imkanlarını artıran, şəxsi inkişafı dəstəkləyən əsas bacarıqları təmin edir. Eyni zamanda peşə təhsili məşğulluğu və məhsuldarlığı davamlı, səmərəli şəkildə dəstəkləməklə ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatmasına zəmin yaradır. Azərbaycanda da peşə təhsilinin inkişafı prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki,  ölkəmizdə son illər peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Hər il ali məktəbləri bitirən 100-dək vətəndaş peşə təhsilini seçir. Bu tendensiyanın qarşıdaki illərdə də davam edəcəyini söyləmək olar.  "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur. 

Beynəlxalq təcrübəyə diqqət yetirsək, görərik ki, peşə təhsili xüsusilə inkişaf etməkdə olan ölkələrdə məşğulluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. İnkişaf etmiş peşə təhsili sistemləri olan ölkələrdə gənclər arasında işsizlik səviyyəsi daha aşağı, iqtisadiyyat daha sabitdir.

Peşə təhsili gənclərin iş dünyasına daha effektiv şəkildə inteqrasiyasını təmin edir. Təbii ki, peşə məktəblərinin də əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə mütəxəssislər yetişdirməsi vacibdir. Hesab edirəm ki, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkəmizdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilmsinə, keyfiyyətin artırılmasına təkan olacaq.


Nigar Məmmədova

Milli Məclisin deputatı



Həmçinin oxuyun:
Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib