Qubada məktəbli qız intihar edib
Qubanın Püstəqasım kəndində intihar hadisəsi qeydə alınıb.
AzTehsil.com Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 6-sı olub. 17 yaşlı Ayan Röyad qızı Əlimusayeva yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Bildirilib ki, A.Əlimusayeva Püstəqasım orta məktəbin 11-ci sinif şagirdi olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Ayan Röyad qızı Əlimusayeva, intihar hadisəsi, Püstəqasım, Quba