Gürcüstanda Azərbaycan dilinin tədrisində problemlər yaranıb
Gürcüstanın azərbaycandilli məktəbləri üçün Azərbaycanın təqdim etdiyi dərsliklər yeni olsalar da, fənn müəllimləri tədris zamanı problemlərin yarandığını bildirirlər.
AzTehsil.com xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanı Levan İoselianinin 2024-cü il üzrə İnsan hüquqları və azadlıqlarının vəziyyətinə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, birinci sinif üçün Azərbaycan dili dərsliyi əlifbadan başlamır, belə ki, Gürcüstandan fərqli olaraq Azərbaycanda I sinfə qəbul olunanlar öncə hazırlıq dövrünü keçir.
Hesabatda məsələ ilə bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə tövsiyə verilib. Ombudsman azərbaycandilli məktəblər üçün Ana dili və Ədəbiyyat fənnləri üzrə dərsliklərin tərtibi və nəşri üçün səmərəli addımların atılmasını və bu fənnlər üzrə tədris prosesinin Gürcüstanda nəşr olunan dərsliklər əsasında təmin olunmasını təklif edib.
Qeyd edək ki, Gürcüstanın azərbaycandilli məktəblərini Azərbaycan dili və Ədəbiyyat dərslikləri ilə Azərbaycanın Elm və Təhsil Nazirlyi təmin edir. 2024-2025-ci tədris ili üçün qonşu ölkəyə 18 adda 23 min 960 nüsxə Ana dili və Ədəbiyyatı dərslikləri, müəllimlər üçün metodik vəsait göndərilib.

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Paytaxt təhsili 2021-ci təqvim ilində

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Metodbirləşmələr

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb həkiminin işi haqqında təlimat

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri