ATİAHİ BİABIRÇILIQ! Şəhid ailələrinə qarşı təhqir!
Həmkarlar İttifaqı müəllimlərin maaşından hər ay 2 faiz tutsa da, üzərində düşən heç bir vəzifəni yerinə yetirmir. Fonda yığılan pullar mənimsənilir və yalandan lazımsız, sadəcə insanları susdurmaq, göz boyamaq üçün bir neçə ailəyə yardım edilir. Edilən yardım isə edilməsə ondan yaxşıdır. Ən bahalı yardımları 18 manatdır. 18 manatlıq yardımdakı ərzaqlar vaxtı çıxmış, vaxtı çıxmağa az qalmış, bəzisi qurdlu olan ərzaqlardır.
AzTehsil.com Tehsilmedia.az saytına istinadən xəbər verir ki, şəhid ailələri ilə əlaqə saxladıq. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Füzuli rayon komitəsinin sədri Ə.Sadıqovun yardımı haqqında məlumat aldıq. Onlar Həmkarlar İttifaqına dair kifayət qədər şikayətlər bildirdilər. Şəhid ailələri edilən yardıma öz etirazlarını bildirir. Özlərinə təhqir hesab edirlər. Belə ki, heç vaxt yardım EDİLMİR, Həmkarların heç bir xeyrini, faydasını, yardımını görmədiklərini dilə gətirir, o cümlədən ilk dəfə edilən yardımı da təhqir, xəcalət, biabrçılıq adlandırırlar. Bir evdə iki təhsil işçisi ola, vətənpərvər ailə ola, ana, həyat yoldaşı müəllim ola və belə bir yardım edilə... Həqiqətən o itirilən övlada, yaşanılan müharibəyə, bugünkü günümüzə baxıb sonra o qapıya o yardımı göndərərdilər. Şəhid ailələri "DİLƏNÇİ DEYİLİK, DİLƏNMİRİK, BU BİZƏ TƏHQİRDİR. BİZ SİZLƏR ÜÇÜN, VƏTƏN ÜÇÜN, TOPRAQLARIMIZ ÜÇÜN ÖVLAD VERMİŞİK. BELƏ TƏHQİR HEÇ BİZƏ LAZIM DEYİL! - deyə bildirdilər.
Qeyd edək ki, videoda bir valideyn müraciəti olsa da, bir nəfər şikayətçi deyil. Redaksiyamıza çoxlu şikayətlər daxil olmuşdur. Bir neçə şəhid ailəsi ilə əlaqə yaratmışıq.
Daha bir şikayətçinin videosunu da sizlərə təqdim edirik: