AzTehsil.com

Cəmiyyət / Dünya / Bölgə / Qəhramanlarımız / Digər Elan
27 mart 2025
258

Şəhid övladları üçün Ankarada texno-düşərgə təşkil olunub



"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə Azərbaycandan olan məktəbli şəhid övladları üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən texno-düşərgənin ilk günü geridə qalıb.


AzTehsil.com-n əldə etdiyi məlumata görə, 25 məktəbli şəhid övladının qatıldığı düşərgənin ilk günündə iştirakçılar ilk olaraq Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər.


Sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim olunub. Ankara Təhsil Müdiri Yaşar Koçakın da iştirak etdiyi bu tədbir düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Günün davamında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Özdemir Göktaşın Azərbaycan olan şəhid övladları ilə görüşü baş tutub. Görüş iştirakçılarına müraciət edən türkiyəli nazir Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu vurğulayıb və uşaqlara Türkiyəyə səfərlərinə görə təşəkkür edərək səfərlə bağlı xatirələrin onların yaddaşında əbədi qalacağına ümidvar olduğunu bildirib.


Günün ikinci yarısında isə Anıtkabir və Mexanika-Kimya İnstitutunun Sənaye və Texnologiya Muzeyi ziyarət olunub.


Qeyd edək ki, 27 mart tarixinədək davam edəcək bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi (“TUSAŞ”) və “ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.



Həmçinin oxuyun:
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

6 mart Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür

6 mart Məhəmməd Əmin Rəsulzadənin ölüm günüdür

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

Ümumimilli lider Heydər Əliyev və Süleyman Dəmirəl dostluğunu ənənəvi olaraq Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənabları davam etdirməkdədir.

“Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib

“Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb