Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı keçirilib
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqamı təşkil edilib.
AzTehsil.com xəbər verir ki, proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub.