AzTehsil.com

Cəmiyyət / Psixoloq / Kitabxanaçı / Xəbərlər / İKT
12 mart 2025
736

Məktəb psixoloqları və kitabxanaçılar da sertifikasiyadan keçəcək



Azərbaycanda təhsil sistemində son illərdə saxta diplomlarla bağlı ciddi tədbirlər görülsə də, bu proses əsasən müəllimləri əhatə edib, məktəb psixoloqları və kitabxanaçılar üçün eyni qaydalar tətbiq olunmayıb.


Bunun nəticəsində isə fərqli ixtisasları bitirmiş, lakin uzun illər bu sahədə çalışan şəxslər öz sahələrində heç bir akademik hazırlıq olmadan fəaliyyət göstərməyə davam edirlər.


Müşahidələr göstərir ki, bu vəziyyət isə məktəblərdə psixoloji xidmətin keyfiyyətinin aşağı düşməsinə, kitabxanalardan düzgün istifadə edilməməsinə və şagirdlərin mütaliə səviyyəsinin zəifləməsinə səbəb olur.


AzTehsil.com Modern.az-a istinadən xəbər verir ki, açıqlamasında təhsil sahələri üzrə ekspert Kamran Əsədov bildirib ki, məktəb psixoloqlarının əsas vəzifəsi şagirdlərin psixoloji durumunu düzgün qiymətləndirmək, onların problemlərini aşkar etmək və məktəbdə sağlam psixoloji mühitin yaradılmasına töhfə verməkdir. Lakin hazırda məktəblərdə çalışan psixoloqların böyük bir hissəsi bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər deyil:


“Bir çox hallarda pedaqoji və ya başqa sahələr üzrə təhsil almış şəxslər məktəb psixoloqu kimi fəaliyyət göstərir. Bu isə onların şagirdlərin psixoloji problemlərini peşəkar şəkildə həll etməsinə mane olur. Məktəb psixoloqlarının ixtisaslı olmaması şagirdlərin davranış pozuntularının vaxtında aşkar edilməməsinə, məktəb zorakılığı hallarının qarşısının alınmamasına və psixoloji dəstəyə ehtiyacı olan uşaqlara kömək edilməməsinə səbəb olur”.Ekspert bildirib ki, bu problemin həlli üçün məktəb psixoloqlarının sertifikasiyası mexanizmi tətbiq edilə bilər:

“Məktəblərdə çalışan psixoloqlar üçün mütəmadi olaraq təlimlər, seminarlar və ixtisasartırma proqramları təşkil edilməlidir. Bundan əlavə, onların sertifikatlaşdırılması üçün testlər və psixoloji bilikləri yoxlayan imtahanlar keçirilə bilər. Azərbaycanda psixoloji sahədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq qurulmalı və məktəb psixoloqları üçün əlavə ixtisasartırma proqramları həyata keçirilməlidir. Bu tədbirlər nəticəsində məktəblərdə çalışan psixoloqların peşəkarlıq səviyyəsi yüksələcək və şagirdlərə göstərilən psixoloji xidmətin keyfiyyəti artacaq”.Məktəb kitabxanaçılarının peşəkarlıq səviyyəsinin artırılması üçün də sertifikasiyaya ehtiyac var. Kitabxanaçılar üçün xüsusi monitorinq mexanizmləri tətbiq olunmalı və onların iş fəaliyyəti mütəmadi qiymətləndirilməlidir. Həmçinin, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində kitabxanaçılar üçün əlavə təlimlər və kurslar təşkil edilməlidir. Kitabxanalar yalnız kitab saxlamaq üçün bir məkan deyil, həm də şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirən, onları elmi biliklərə yönləndirən mərkəzlər olmalıdır. Bu səbəbdən, kitabxanaçılar informasiya idarəçiliyi, kitabxana idarəetməsi və mütaliə vərdişlərinin formalaşdırılması üzrə biliklərə malik olmalıdırlar”.Bu iki sahənin inkişafı üçün daha geniş monitorinq sistemi yaradılmalı olduğunu bildirən ekspertin sözlərinə görə məktəb psixoloqları və kitabxanaçılar üçün sertifikatlaşdırma sistemi tətbiq edildikdən sonra onların iş fəaliyyətləri mütəmadi olaraq qiymətləndirilməli və nəticələr əsasında əlavə təlimlər və ixtisasartırma proqramları hazırlanmalıdır. 

“Hər iki sahədə çalışan şəxslərin bilik səviyyəsi müvafiq ekspert komissiyaları tərəfindən yoxlanılmalı və onların bu vəzifələrə uyğun olub-olmadığı müəyyən edilməlidir. Əgər müəyyən edilərsə ki, həmin şəxslər bu sahə üzrə kifayət qədər bilik və bacarığa malik deyillər, onlar üçün əlavə təhsil və ya alternativ iş yerləri təklif edilməlidir.Məktəb psixoloqlarının və kitabxanaçıların təsadüfi seçilməsinin qarşısını almaq üçün gələcəkdə bu vəzifələrə qəbul qaydaları daha ciddi olmalıdır. Yeni işə qəbul olunan şəxslər yalnız müvafiq ali təhsilə malik olduqda bu vəzifələrdə çalışa bilməlidirlər. Bundan əlavə, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində məktəb psixoloqları və kitabxanaçılar üçün mütəmadi olaraq inkişaf proqramları təşkil edilməli və onların bilikləri daim yenilənməlidir”.“Sertifikasiya və monitorinq mexanizmlərinin tətbiqi, ixtisasartırma proqramlarının genişləndirilməsi və işə qəbul sisteminin təkmilləşdirilməsi bu sahədə olan problemləri həll edə bilər. Əks halda, məktəblərdə təsadüfi şəxslərin psixoloq və kitabxanaçı kimi çalışması davam edəcək və bu da təhsil sistemində ciddi keyfiyyət problemlərinə yol açacaq. Azərbaycanda təhsil islahatlarının effektivliyini artırmaq üçün yalnız müəllimlər deyil, məktəb psixoloqları və kitabxanaçılar da sertifikatlaşdırılmalı və mütəmadi şəkildə ixtisaslarını artırmalıdırlar. Yalnız bu yolla təhsilin keyfiyyətini artırmaq və şagirdlər üçün daha effektiv tədris mühiti yaratmaq mümkün olacaq”- deyə sonda o qeyd edib. 





Həmçinin oxuyun:
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir...

Söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir...

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Metodbirləşmələr

Metodbirləşmələr

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Məktəb psixoloqları niyə qıraqda qalıb?

Məktəb psixoloqları niyə qıraqda qalıb?

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"