Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilib
Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilib
AzTehsil.com xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kimya, biologiya, fizika, coğrafiya, informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə maarifləndirici görüşlər keçirilmişdir.
Keçirilmiş görüşlərdə təhsilverənlərin sertifikatlaşdırması ilə əlaqədar müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.