Təhsil islahatları bölgə müəlliminin gözü ilə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
      

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

 

   Son illərdə təhsilimizdə müəllimlərin test üsulu ilə işə qəbulu və yerdəyişməsi təhsilimizə savadlı kadrların gəlməsi nəticəsində təhsilin keyfiyyətinin yüksəlməsinə böyük təsiri olacaqdır.İndi hətta kolleclərə qəbul   test müsabiqəsi ilə yerinə yetirilir.Nəticədə təhsilin bünövrəsini təşkil edən ibtidai sinif müəllimlərinin gənc və savadlı kadrların əvəzolunması ilə nəticələnər.Beləliklə, təhsilimizə yeni nəfəs verən savadlı ibtidai müəllimlərin gəlməyi , uşaqların taleyinin etibarlı əllərdə olacağından xəbər verir.Bundan başqa müəllimlik ixtisasını seçən yüksək bal toplayan tələbələrə aylıq əlavə təqaüdün verilməsi də təhsildə gələcəkdə daha savadlı kadrların olmasından xəbər verir.
   Diaqnostik imtahan nəticəsindən müəllimlərin əmək haqlarını 30-40% artırılması və müəllimlərin dərs yükünün 24 saatdan 36 saata qədər qaldırılması    müəllimlərin maddi durumunun gözəçarpan dərəcədə yaxşılaşmasından xəbər verir.Düzdür,rayon yerlərinin çoxunda diaqnostik imtahalarının olmamasına görə digər müəllimlərin maaşının artırılmaması müəllimlərə yaxşı təsir etmir.Müəllimlər indi hamısı imtahana hazırlaşır.Fasebook sosial şəbəkəsində on minlərlə müəllim imtahana həvəslə hazırlaşır.Bu Təhsil Nazirinin təhsilimizdə qələbəsi deyilmi?! 
  Aprel ayında direktorların imtahan yolu ilə seçilməsi nəticəsində direktorluğa layiq olmayanlar 13-20 balla kəsildi. Ölkədə Nazirə qarşı  əks təbliğat aparan  bu qüvvələr hücuma keçdi.Baxın nəyi bəhanə edirlər!1-ci sinfə qəbul prossesində neqativlər.Anlamıram, məgər təhsilin inkişafı 1-ci siniflə ölçülürmü?Orada rüşvət varsa,bununla prokurorluq məşğul olmalıdır.Kimin günahı nədirsə,cəzasını almalıdır.Bu qarayaxmadan başqa bir şey deyildir.Yeni direktorların seçilməyi hələ də sual altında qalıb.Səbəb isə çox sadədir.Təhsilə yeni nəfəs verən ləyaqətli,şərəfli,savadlı gəncləri görmək istəməyən kifayət qədər qüvvələr var.Bu cür qüvvələr,yəni 13-20 bal yığıb kəsilən direktorlar öz axırlarının olduğunu bilib digər müəllimlərə də Nazirin səriştəsizliyi barəsində əks təbliağat yaymaqla məşğuldurlar.Nazir barəsində saytlarda yalançı,şər və böhtan xarakterli məlumatlar verənlərin yeni direktorlar barəsində  atdıqları çirkin addımları onların qısqanclığndan xəbər verir .
   Bu gün Azərbaycanın taleyi Biz ziyalılardan aslıdır.Vətənini,Dövlətini,Xalqını sevən ziyalı belə anti-təbliağat aparan şəxslərin alətlərinə çevrilməməlidirlər.Həqiqəti söyləməlidirlər.Təəssüflər olsun ki,45 dəqiqə dərsi vicdanla keçməyən  müəllimlərin təbliğatına,vicdanlı müəllimlərimiz də alət olub.Bu müəllimləri səbrli  və ayıq olmağa səsləyirik.Biz demirik, 3 il müddətində çatışmazlıqlar olmayıb.Olub.Şəxsən bu barədə mən fikirlərimi də yazmışam.Səhvsiz insan yoxdur.Təhsilimizdə 3 il müddətində olan çatışmazlıqlar uğurların yanında nöqtə qədərdir.Əgər böyük çatışmazlıqlar varsa,izah olunmalıdır ki,nədir bu çaışmazlıqlar?Və həll yolu göstərilməlidir.İzah yoxdursa,demək, bunlar qarayaxmadan başqa bir şey deyil.Bu cür adamların məqsədi təhsili bərbad hala salıb məqsədlərini asalnlıqla həyata keçirtməkdir.
  Son üç ildəki bu  islahatlar sona qədər həyata  keçiriləcəksə,Ölkəmiz Çiçəklənən Azərbaycana çevriləcəkdir.Balalarımızın naminə haqqın yanında olaq.Allah böyükdür.Gəlin,Allahla olaq!

Məmmədov Elşən.







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

“Həm dincələk, həm öyrənək” layihəsinə start verildi  ƏLAQƏ ÜÇÜN - 0507857111

“Həm dincələk, həm öyrənək” layihəsinə start verildi ƏLAQƏ ÜÇÜN - 0507857111

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

“Düşüncə tərzimizdə dəyişiklik olmadan yüksək təhsilə-yaxşı yaşayışa nail olmaq mümkün deyil”

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Zamanın tələbi: “Həmkara dəstək”

Zamanın tələbi: “Həmkara dəstək”

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar