Xəbərlər, MÜƏLLİM, Abituriyent
01 noyabr 2018
478

"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


"Yeniliklərlə bağlı detalların gecikdirilməsi haqsızlıqdır"-Ekspert yeni qəbul qaydalarından danışdı

 

 
"Məlumatsızlıq abituriyentin buraxılış və qəbul imtahanına hazırlaşmasına mənfi təsir edir. Bir məqamı da nəzərə alaq ki, məlumatların və yeniliklərin vaxtında verilməməsi müəllimlər üçün abituriyentlərə lazımı biliyi, bacarığı və vərdişi formalaşdırmaq imkanlarını məhdudlaşdırır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, yeniliklərlə bağlı məlumat ya gec verildi, ya da verilmədi:

"Buraxılış imtahanları mart, ən geci aprel ayında baş tutacaq. Bu halda buraxılış imtahanlarına çox az vaxt qalır. Sual modellərinin, hesablanma qaydalarının, tədris proqramlarının hələ də ictimaiyyətə elan olunmaması yumşaq şəkildə desək, haqsızlıqdır. Görünən budur ki, DİM yeniliklərin tətbiqi ilə bağlı hazırlığını son ana saxlayıb. Belə olduqda yeniliklərin tətbiqi, bu haqda məlumatın verilməsi, yeniliklərə hazırlıq cəmiyyət tərəfindən minimum səviyyədə hiss olunur. Əlbəttə ki, bu məlumatsızlıq abituriyentin buraxılış və qəbul imtahanına hazırlaşmasına mənfi təsir edir. Bir məqamı da nəzərə alaq ki, məlumatların və yeniliklərin vaxtında verilməməsi müəllimlər üçün şagirdlərə - abituriyentlərə lazımı biliyi, bacarığı və vərdişi formalaşdırmaq imkanlarını məhdudlaşdırır".

Elxan Nəcəfovun fikrincə, nəşr edilən vəsaitlər yeniliklərə vərdiş yaratmaq üçün əhəmiyyətsiz oldu:

"Qəbul imtahanlarına hazırlıq üçün əlavə vəsaitlər önəmli rol oynayır. Uzun illərdir ki, qəbul imtahanlarına hazırlıqda önəmli kömək olan TQDK (DİM) nəşrləri çap olunurdu. Çox təəssüf ki, bu il üçün çap olunan vəsaitlər qəbul imtahanı üçün hazırlığa önəmli təsir edə bilmir. Köhnə imtahan modellərinə uyğun hazırlanan test topluları isə bu mövzuda bir addım irəli, iki addım geri effekti yaratdı. Həmin test topluları ənənəvi dərslikləri əhatə etdi və içərisində heç bir yeni model tapşırıqları özündə ifadə edə bilmədi. Xüsusilə ədəbiyyat və tarix fənlərindən heç bir əhəmiyyəti olmayan test toplusu satışa çıxarıldı. Vətəndaşın bu vəsaitlərə olan inamında xeyli toplu satıldı. Satılan həmin topluların yeni imtahan üçün biliyi yoxlamaqda, imtahan vərdişlərini formalaşdırmaqda olduqca əhəmiyyətsiz olacağı aşkardır”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.
 
 

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

İmtahanların qaranlıq tərəfləri

İmtahanların qaranlıq tərəfləri

Çox çətinləşdirilən detallar

Çox çətinləşdirilən detallar

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

“Təkcə bir fəndən milyonlarla sual yoxlanılmalıdır, bunu kim edəcək?!- Riyaziyyatçıdan qəbul qaydalarına etiraz

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Məzunlar  imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Məzunlar imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə

“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO

Yeni qəbul imtahanı MODELİ - EKSPERTLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ - VİDEO

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı