AzTehsil.com


Xəbərlər / Müəllim
31 oktyabr 2018
13 993


Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar



Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

 

 
2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək.

Yeni modelin detalları isə hələ ictimaiyyətə  elan olunmayıb. Abituriyentlərə qaranlıq qalan məqamlarda biri də buraxılış və qəbul imtahanlarında xarici dilin seçilməsiylə bağlıdır.

AzEdu.az bunu nəzərə alaraq, yeni model əsasında keçiriləcək imtahanlarda xarici dil seçimi ilə bağlı vacib məqamları izahlı formada diqqətə çatdırır:

Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən imtahan verəcəklər.

İzahı: Yəni məktəbdə xarici dil kimi sizə hansı fənn tədris olunubsa, imtahanı da o fəndən verəcəksiniz.

Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınacaq.

İzahı: Ali məktəbə daxil olmaq üçün buraxılış və qəbul imtahanının nəticələri toplanacaq. Buraxılış imtahanını məktəbdə sizə keçirilən fəndən verəcəksiniz ki, buraxılış nəticəniz də qəbul balınızın üzərinə gələcək.

Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq.

İzahı: Məsələn, deyək ki, məktəbdə sizə ingilis dili tədris olunub, amma siz qəbul imtahanınızın nəticələrinə ingilis dilindən deyil, rus dilindən topladığınız balın əlavə olunmasını istəyirsiniz. Bu zaman məktəbdə keçdiyiniz  xarici dil fənni üzrə məcburi buraxılış imtahanı verməlisiniz. Lakin DİM sizə şərait yaradır ki, seçdiyiniz fəndən, yəni rus dilindən əlavə imtahan verəsiniz.

Əlavə imtahan verməyin üstünlüyü nədir?

Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.

İzahı: Buraxılış imtahanında verdiyiniz xarici dilin yox, əlavə imtahan verdiyiniz dilin balı ümumi qəbul balınızın üzərinə gələcək.

Buraxılış+qəbul=ümumi nəticə

Buraxılış= Azərbaycan dili, Riyaziyyat, Xarici dil.

Xarici dil=Heç bir əlavə seçim etmədən buraxılışda imtahan verdiyiniz dil və ya seçim edərək əlavə imtahan verdiyiniz dil.

Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil "Şagird-məzun" sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni, şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.

İzahı: Hələ də hansı xarici dildən imtahan verəcəyinizə əmin deyilsinizsə, məktəbinizdən bu barədə məlumat ala bilərsiniz.

Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər IX və XI sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

İzahı:Rus bölməsində təhsil alan şagirdlər IX və XI sinif buraxılış imtahanlarında Azərbaycan dilin fənnin də imtahan verməlidirlər.

Xatırladaq ki, XI siniflər üzrə buraxılış imtahanları 2019-cu ilin aprel ayında keçiriləcək.
 
 

Yeni qəbul imtahanlarında xarici dil seçimi ilə bağlı vacib izahlar – Bütün abituriyentlər diqqətli olmalıdırlar

 






Загрузка...
Həmçinin oxuyun:
Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Gələn il imtahanlar necə təşkil olunacaq? - DİM-dən AÇIQLAMA

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Buraxılış imtahanlarında ən çox bu fəndən zəif nəticə göstərilir –RƏQƏMLƏR

Buraxılış imtahanlarında ən çox bu fəndən zəif nəticə göstərilir –RƏQƏMLƏR

Məzunlar  imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Məzunlar imtahanı necə verəcəklər? –DİM-dən CAVAB

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

İyulun 5-də V ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək/DİM bu abituriyentlərə çağırış etdi

İyulun 5-də V ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək/DİM bu abituriyentlərə çağırış etdi

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən imtahan modeli barədə yeni AÇIQLAMA

Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək

Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI