Xəbərlər, Valideyn, Direktor, Saglam həyat
16 dekabr 2017
883

Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı mövcuddur. İstifadəsinə və satışına qadağa qoyulan və məktəb bufetlərində satılmasına icazə verilməyən məhsulların siyahısı direktorlara göndərilib".


Aztəhsil.com xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

 

O, bildirib ki, yeni tədris ili başlayanda komitə yanında Dövlət Nəzarəti Xidməti yenə də monitorinqlər aparacaq və nəticələr barədə ictimaiyyət məlumatlandırılacaq.


Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, məktəb bufetləri ilə bağlı problem yoxdur:


"Tədris ilinin başlamasını gözləmək lazımdır. Araşdırma və monitorinqlər həyata keçirildikdən sonra hansı məktəbdə nə kimi problemlərin olduğuna dair məlumat verə biləcəyik. Bundan başqa, bufetlərdə araşdırmalar aparılması üçün Mərkəzə göstəriş verilməli, Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir".


Qeyd edək ki, builki tədris mövsümündə orta məktəblərin bufetlərində qazlı sərinləşdirici içkilərə, "cipsi" və suxarilərə qadağa qoyulacaq.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi orta məktəblərdə satılacaq məhsullarla bağlı yeni standartlar hazırlayıb. Yeni standartda 3-18 yaşlı uşaq və yeniyetmələr üçün fizioloji tələbat normaları, məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsullarının siyahısı, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı, məktəbəqədər təhsil müəssisələri üçün orta gündəlik ərzaq çeşidinin siyahısı əks olunub.


Komitə tərəfindən ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı:


1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);

2. İçalatı təmizlənməmiş quş;

3. Vəhşi heyvanların əti;

4. Suda üzən quşların yumurtası və əti;

5. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;

6. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;

7. Termiki emala məruz qalmayan yaşıl noxud;

8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;

9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;

10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);

11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

12. Ev şəraitində hazırlanmış qatıq;

13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);

14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;

18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;

19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;

20. Təbii kofe, alkoqollu, energetik içkilər;

21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;

22. Qazlaşdırılmış içkilər;

23. Bitki yağları əsasında süd məhsulları və dondurma;

24. Saqqız, çipsilər;

25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;

26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;

27. Yumurtalı makaronlar, qayğanaq;

28. Frityurda qızardılan piroqlar və ponçiklər.


Standartın tələblərini pozan şəxslərin cəzalandırılmasına gəldikdə isə, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunacaqlar.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

İxtiraçı şagirdlə müqavilə imzalandı

İxtiraçı şagirdlə müqavilə imzalandı

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Qışa hazırlıq: immuniteti gücləndirmək üsulları

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Xüsusi internat məktəbləri üçün müvafiq pəhriz menyuları hazırlanıb

Xüsusi internat məktəbləri üçün müvafiq pəhriz menyuları hazırlanıb

"Məktəb bufetlərində bu məhsulu görsəniz, xəbər edin" - XƏBƏRDARLIQ

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

Şirin qazlı içkilər uşaqların SÜMÜYÜNÜ “ƏRİDİR” – VİDEO

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

"Bu göstərici digər ölkələrlə müqayisədə də aşağıdır"-Nazirin çıxışı

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi

ADU-da “Yaponiya Ərzaq Məhsulları” sərgisinə hazırlıqla bağlı görüş keçirildi

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?