"Məktəb bufetlərində bu məhsulu görsəniz, xəbər edin" - XƏBƏRDARLIQ
Azad İstehlahçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında məktəblilərə və onların valideynlərinə xəbərdarlıq ünvanlayıb.
Aztəhsil.com moderator-a istinadən xəbər verir ki, məktəb bufetlərində qazlı içkilərin satılmasının qadağan edildiyini bildirən E.Hüseynovun sözlərinə görə, bu cür hallarla qarşılaşan şəxslər AİB-yə müraciət edə bilər:
"Qanunvericilik məktəb bufetlərində qazlı içkilərin satılmasını qadağan edir. Bu qadağa qazlı içkilərin insan səhhəti üçün zərərli olması ilə bağlıdır. Odur ki, məktəb bufetlərində bu cür hallarla qarşılaşan şəxslər bizim quruma müraciət edə bilər. Onlar yazılı şəkildə bizə müraciət edəndən sonra təşkilatımız həmin ərizə əsasında araşdırma aparacaq".