AzTehsil.com


Xəbərlər
27 aprel 2017
2 319


Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi



Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

 

Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil müəssisələrinə yaxın ərazilərdəki ictimai iaşə obyektlərində qəlyan çəkilməsinin qadağan edilməsini təklif edir.
 
Aztehsil.com trend-ə istinadən xəbər verir ki, "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən B.Muradova deyib ki, təhsil müəssisələrinə yaxın yerlərdəki qapalı müəssisələrdə qəlyan çəkilməsi qadağan edilməlidir.
 
Onun sözlərinə görə, bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir:
 

 

"Təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur. Yeniyetmə gənclər həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik”.



Загрузка...