Xəbərlər / Valideyn / Müəllim / Saglam həyat
29 noyabr 2017
3 629


Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.

 

Aztəhsil.com xəbər verir ki, virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb.

 

Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur. Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır. 


Uzman doktor Altay Abdullaoğlu da xəstəlik  barədə sosial şəbəkədə yazıb.

 

O bildirib ki, koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır:

 

"Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpkilərinə görə su çiçəyinə bənzəyən  bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər  zaman qeyd etdiyim kimi bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir.

 

Bu xəstəlik adətən öz-özünə heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.


Respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında valideynlər narahatlığına aydınlıq gətirib. 

 

O da bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır:

 

"Koksaki Amerikanın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır. Bu qripə bənzər bir xəstəlikdir.  Dünyanın hər yerində də buna rast gəlinir. Bizdə böyüklər adətən xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər. İndi də bu xəsətliyin epidemiyası və heç bir problemi yoxdur. Bir qədər da şayiə buraxırlar ki, bu xəstəlik çoxalıb. Elə xəstələr olanda Elmi- Tədqiqat Pediatriya İnstitutuna gəlirlər. İndi belə xəstələr yoxdur. Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün laboratoriyadan müayinədən keçilməlidir.


Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu koksaki virusudur. Valideyn bunu necə deyə bilər? Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi? 

 

Bu  sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir. Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.  


Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədə  belə bir virus yayılıb”.







Загрузка...
Həmçinin oxuyun:
Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

İnternetdə virus nə vaxt aşkarlanıb?

İnternetdə virus nə vaxt aşkarlanıb?

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN

Hər gün 2-3 diş sarımsaq yeyin - TƏBİİ DƏRMAN

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Smartfonlar niyə sınır?- Məlum oldu ki...

Smartfonlar niyə sınır?- Məlum oldu ki...

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... – ŞƏFAVERİCİ TƏSİRLƏRİ

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız... – ŞƏFAVERİCİ TƏSİRLƏRİ

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər