Smartfonlar niyə sınır?- Məlum oldu ki...
Mütəxəssislər hesab edirlər ki, müasir smartfonların sınmasının başlıca səbəbi şimal körpüsünün nasazlığıdır.
Aztəhsil.com Lent.az-a istinadən xəbər verir ki, sistem platası çipsetinin elementlərindən biridir ki, bu da prosessorun və ya əməliyyat yaddaşının sınmasına gətirib çıxarır.
Ən geniş yayılmış smartfon sınmalarının reytinqində mütəxəssislər ikinci yeri ekrandakı çatlara verirlər. Bu da nəinki cihazın yerə bərk düşməsi, hətta sahibinin o smartfonla qeyri-səliqəli rəftarı sayəsində də olur.
Üçüncü yerdən beşinci yerə qədərki nasazlıqlar isə dinamiklərdəki nasazlıq, virus və hər hansı əlavəni işə salan zaman smartfonun qızmasıdır.