Xəbərlər / Bakalavr
16 noyabr 2017
2 440

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilir. Bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji, Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Slavyan, Gəncə və  Sumqayıt Dövlət universitetlərinin təsis etdiyi "Maarifçi" Tələbə Kredit Fondu reallaşdırır. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır. 

Hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var.

Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da qeyd edilən problemdən söz açıb:

"Bizə ünvanlanan müraciətlərdən görünür ki, insanlar təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Təhsil isə millətin gələcəyidir. Biz bununla bağlı Təhsil Nazirliyi və parlamentin Elm və təhsil komitəsi ilə birgə də ictimai dinləmələr aparacağıq”.

Aztəhsil.com xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov modern.az-a bildirib ki, son 5 ildə 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan imtina edib:

"Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil. Məhz buna görədir ki, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib”.

Müsahibimiz həmçinin  "Maarifçi” Kredit Fondundan da söz açıb:

"Düzdür, ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının ödənilsi üçün 2015-ci ildə "Maarifçi” Kredit Fondu yaradılıb. Amma bu təşkilat cəmi 200 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün güzəştli şərtlərlə kredit verib ki, bu da olduqca az rəqəmdir”.

Загрузка...
Həmçinin oxuyun:
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Sumqayıt Dövlət Universitetindən I vitse-prezidentə şikayət edən tələbəylə bağlı AÇIQLAMA

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb