Xəbərlər
10 iyun 2016
4 046
Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...
Aprel döyüşlərində şəhid olan hərbi qulluqçu Adil Adilzadənin atası çətin durumdadır. Bu barədə məlumatı şəhidin atası özü məlumat verib.Şəhid ailəsinin AzərKredit təşkilatına 1200 ABŞ dolları kredit borcu var
Şəhid atasının sözlərinə görə krediti ödəməkdə çətinlik çəkir. Kamran kişi bildirib ki, Adil sağlığında vaxtı-vaxtıda krediti ödəyirmiş. Onun sözlərinə görə bankdan krediti dollarla götürüb. Götürdüyü məbləği və faizi ödəyib. Bundan sonra dolların qiyməti qalxdığı üçün ona əlavə borc yaranıb. Bu gün şəhid atasının 1200 dollar kredit borcu var. Vəziyyətlə əlaqədar olaraq o krediti ödəməkdə çətinlik çəkir. Bununla bağlı kredit götürdüyü AzərKredit təşkilatına müraciət etsə də müsbət cavab almayıb. Təşkilatdan ona bildiriblər ki, krediti ödəmək məcburiyyətindədir.
Kamran Adilzadə bildirib ki, əgər pulu ödəməsə məhkəməyə verilə bilər.
Femida.az məsələ ilə bağlı AzərKredit təşkilatı ilə əlaqə saxlayıb. Təşkilatdan verilən cavabı təqdim edirik:
"Qanunvericiliyə əsasən müştərilər və onların əməliyyatları haqqında məlumatlar bank sirrini təşkil edir və "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən belə məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir.”
Qeyd edək ki, şəhid Adil Adilzadə Mingəçevir şəhərindəanadan olub, aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib və şəhid olub. Onun cansız bədəni bir müddət düşmən tərəfdə qalıb.