Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Ümumtəhsil məktəblərinin reytinq cədvəlinin yaradılması özlüyündə müsbət addım olsa da , bu məsələnin uzun müddət gündəmdə olması və yekun nəticənin əldə edilə olunmaması reytinq cədvəlinin hazırlanmasının elə də sadə bir iş olmadığını göstərir. 

İlk növbədə məktəblərin reytinq cədvəlinin hansı parametrlərə görə hazırlanması müzakirə mövzusudur. Belə ki əvvəllər ( 2013-cu ilə qədər olan dövrdə ) məktəblərin əsas göstəriciləri həmin məktəblərdən ali və orta ixtisas məktəblərə qəbulla ölçülürdüsə ,artıq 5 ildir ki bu yanaşmadan imtina edilib və məktəblərin ümumorta təhsil üzrə (IX sinif ) buraxılış imtahanınlarının nəticələri əsasında müqaisələr aparılır.Əslində bu qərar 4-5 il bundan öncə üçün düzgün verilmiş qərar idi.
 
Bununla Təhsil Nazirliyi yuxarı siniflərdə şagirdlərin davamiyyəti ilə bağlı baş alıb gedən neqativ halların qarşısını almağa çalıdı eyni zamanda repititor hesabına əldə edilən naliyyətlərin məktəblərin adına yazılmasına ,daha yaxşı oxuyan və real tələbə namizədlərin transferlərinə son qoyulmağa başlanıldı.

Şagirdlərin ölkədaxili və beynəlxalq bilik olimpiyadalarında göstərdikləri nəticələrin 2-ci sırada durması ümumtəhsil məktəbləri arasında böyük fərqlərin olmasını orta qoyur.Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının 4-cu bölməsində göstərildiyi kimi :təhsil sisteminin əsas vəzifələrindən biri – məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.İstedad amilinin 2%-i keçmədiyini nəzərə alsaq hal-hazırda məktəblərin reytinq cədvəlinin hazırlanmasında olimpiyada nəticələrinin 2-ci yerdə olması məktəblərin göstəricilərinə görə obyektib olaraq sıralanması mümkün olmayacaq.

Ümumtəhsil məktəblərinin reytinq cədvəlini qurmaq üçün nə etməli ?

İlk növbədə məktəblər infrastrukturuna görə koteqoriyalara bölünməlidir.Belə ki bu gün hamımız bilirik ki,Avropanın aparıcı futbol klublarından olan " Çelsi",Barselona",Real" Madrid vəs s. kimi futbol kamandaları ilə bizim hətda "Qarabağ" kimi kamandamız eyni qrupda mübarizə apararsa burada kimin hansı pillədə duracağı hər kəsə məlumdur.Bu müqayisəni ölkəmizin ümumtəhsil məktəbləri üçün də aparsaq əlbətdə Z.Əliyeva adına litsey,Bakı-Avropa litseyi,FRİTL,Bakı şəhərində 6 saylı məktəbin göstəriciləri Oğuz,Lerik,Şəki rayonlarında yerləşən hər hansı bir məktəbin göstəricilərindən qat -qat yüksək olacaq.

Eyni zamanda Bakıətrafı kənlərdə və bəzi regionlarda yerləşən ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin qarşısına qoyduğu məqsəd ( bu bölgələrdə yuxarı sinif ,xüsusiylə şagird qızlarımızın məktəbə,təhsilə cəlb olunması əsas fəaliyyət istiqamətlərindən biridir ), ucqarlarda yerləşən məktəblərinin ,şəhərin mərkəzi məktəblərinin pedaqoji kollektivlərinin qarşıya qoyduğu məqsəd və vəzifələrlə eyni deyil.

Sadaladığımız həmin koteqoriyalı məktəblərdən beynəlxalq olimpiyadalarda iştirak edən şagirdlərin yetişdirilməsini istənilməsi nə dərəcə də doğru olar?

Hazırlanacaq istənilən reytinq cədvəllərində müəllim faktoru əsasdır.Peşəkar müəllimlərin tam böyük əksəriyyəti şərait olan yerdə repititorluqla məşğul olurlar.

Pedaqoji kollektivlərdən keyfiyyət tələb edərkən ilk növbədə müəllimlərin minimum yaşayış tələblərinin ödənilməsi əsas şərtdir.
Şəhər məktəblərində özünün minimum tələblərini 50-300 manat aralığında repititorluqla məşğul olmaqla ödəyən bir qism müəllimlər varsa , bunu region müəllimlərinə aid etmək olmaz.

Beləliklə ümumtəhsil məktəblərinin reytinq cədvəlinin hazırlanması özlüyündə müsbət və çoxdan gözlənilən addımdır. Dediyimiz kimi bu cədvəlin hazırlanması zamanı Diaqnostik Qiymətləndirmənin nəticələri ilə bağlı buraxılmış səhvlər buraxılmamalı,bu işə təhsil mütəxəssisləri cəlb olunmalı , məktəblərin malik olduğu infrastruktura, yerləşdiyi əraziyə,maddi-texniki bazasına görə ölçü meyarları hazırlanmalı və təhsil işçilərinin müzakirəsinə verilməlidir.Əks halda dərs bölgüsü ilə bağlı atılmış addımlar kimi bu addımda bumeranq kimi, geniş mənfi rəyə yol açacaq.
 

Elşən Qafarov .Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru.





Aztest.info





Müzakirə



Keçidlər





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq

Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Təhsil Nazirliyi keçirilən

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Fizika və texnologiya fakültəsində yenilik-reytinq balları hesablanır

Fizika və texnologiya fakültəsində yenilik-reytinq balları hesablanır

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?