H/N sənədlər, Direktor, MÜƏLLİM
30 may 2017
3782

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

 


1.Xüsusi təhsil haqqında anlayış.
Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adlanır.
 
 Xüsusi şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so- sial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını  təmin etməkdən ibarətdir.

1.1.Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:

-sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;

-xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

-xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;

-xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;

-sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;

-sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat verilməsi;

-xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi;

-xüsusitəhsilihəyatakeçirənmüəssisələrinmaddi-texnikibazasının möhkəmləndirilməsi.

1.2.Sağlamlıqimkanlarıməhdudşəxslərinxüsusitəhsilsahəsində hüquqları aşağıdakılardır:

 psixoloji-tibbi-pedaqoji  komissiyada  və  tibbi-sosial  komissiyada  pulsuz  müayinə olunmaq;

 psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yolxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıqdır;
 
      psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası;

 psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;

 müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada xüsusi təhsil almaq;

 təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.

1.3.Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri aşağıdakılardır:

psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;

psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;

fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində iştirak etmək;

xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;

sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.

1.4.Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar;
 
karlar və zəif eşidənlər; korlar və zəif görənlər;
 
ağır nitq qüsurları olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər);
 
emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;
 
psixi inkişafın ləngliyi  ilə əlaqədar təlimdə çətinlik çəkənlər;
 
mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar.

2.Xüsusi təhsilin təşkili.

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan  Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.

2.1.Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir.
 
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.2.Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi  tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.3.Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ vardır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.

2.4.Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiya təlimli təhsil təşkil edilir.
 
İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təh- silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.5.Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:
-nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;

-eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar);

-görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);

-əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;

-dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;

-ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;

-emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;

-xroniki somatik xəstəlikləri olanlar.

Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.6.Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır.
 
Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.
 
Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.7.Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır.
 
Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil edilir.

3.Xüsusi təhsilin dövlət standartları.

Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.

4.Xüsusi təhsil sisteminin idarə olunması.

Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının koreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.

Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xüsusi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənhazırlanma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələ- rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

5.Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyasının vəzifələri.
 
Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər nümayəndələrinə müvafiq məsləhət vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılır.
 
Psixoloji-tibbi-pedaqoji komis- siyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tibbi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında münasibətlər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir. Psixoloji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

-uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;

-sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;

-sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;
-fərdi təlim planına dair tövsiyələr vermək;

-təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək.

2.İnklüziv təhsilin əsas xüsusiyyətləri, prinsirləri və xüsusi təhsilə ehtiyacı olan şagirdlərlə pedaqoji işin təşkili

Dünyanın bir şox ölkələrində(məsələn,Böyük Bbritaniya, ABŞ,İsveçrə və s.) əlil uşaqlar adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər.Bu, başqa bir yanaşmadır və bu cür inteqrasiyaya inklüziv təhsil deyilir.İnklüziv(fransızca- "inclusive”-"özünə daxil edən”,latınca-"includo”- "nəticəyə gəlmək” mənasını verir)termini xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris, təlim prosesinin təşkili ilə bağlı məsələlərin həllinə istiqamətləndirilmişdir.İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir.
 
Başqa sözlə, inklüziv təhsilin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi, onların sosial mühitə inteqrasiyasına şərait yaratmaq , valideynlərin maarifləndirilməsi və onlarla müvəkkillik sahəsində işin aparılmasına köməklik  göstərmək və bu sahədə çalışan müəllimlərin metodik hazırlığını inkişaf etdirməkdir.

Xüsusi qayğıya ehtiyacı olan uşağın inklüziv təhsilin tarixinə nəzər saldıqda məlum olur ki, cəmiyyətin ayrı-ayrı inkişaf dövründə ona münasibət eyni olmamışdır.Məsələn, bir mərhələdə cəmiyyət onlara qarşı mərhəmət hissi ilə yanaşmaq səviyyəsinə qədər gəlmişdir (eramızdan əvvəl XI-XIIəsr və eramızın XII əsri).
 
Bir neçə əsr sonra cəmiyyətin  xüsusi qayğıya ehtiyacı olan uşaqlara mərhəmət hissini onların öyrənmə bacarıqlarını önə çəkmək addımı əvəz etmişdir. Daha sonra VII əsrin 70-80-cı illəri –XX əsrin əvvəllərində cəmiyyət xüsusi qayğıya ehtiyacı olan uşaqların öyrənmə bacarıqları ilə yanaşı, onları öyrətmək zərurətini də dərk etmişdir.
 
Keçən əsrin əvvəlindən həmin əsrin  60-cı illərinədək olan dövrü tibbi modelə, qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssiələrinin yaradılması və onlara fasiləsiz tibbi xidmətlərin göstərilməsi və müalicələrinin  təmin olunması  təşkil edirdi.Bu zaman sosial və inkişaf adaptasiya amilləri bir qədər arxa plana keçirilir.1960-1980 cı illəri əhatə edən növbəti mərhələ "normallaşdırma modeli” kimi tanınır.
 
Bu proses inteqrasiya adlanır.Sözügedən model ilk dəfə 1970-ci ildə Skandinaviyada, daha sonra ABŞ və Kanada da tətbiq edilərək inkişaf etdirilmişdir.
 
”Normallaşdırma modeli”nin mahiyyətində  aşağıdakı amillər təsbit olunmuşdur:

-xüsusi qayğıya ehtiyacı olan uşaqlar yüksək səviyyəli normal həyata yaxın bir mühitdə yaşamalıdır;

-xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ən əlverişli şərait öz evləridir;

-hakimiyyət orqanları tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə tərbiyə oiunmasına səy göstərilməlidir;

-xəstəliyin dərəcəsindən asılı olmayaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün şərait yaradılmalıdır.

Sonuncu üçüncü mərhələ keçən əsrin 80-cı illəridən indiyədək davam etməkdə olan müddəti əhatə edir və "Sosial model” adlanır.”
 
Sosial model” sağlamlıq imkanlarından, ailə vəziyyətindən, bacarıqlarından, dinindən, irqindən asılı olmayaraq bütün uşaqların təhsil prosesində və həyatda bərabərhüquqlu olmasını nəzərdə tutur.Müşahidələr göstərir ki, XIX əsrin 90-cı illərindən etibarən inklüziv təhsilin məqsəd və mahiyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir.Yəni o, peşəkar təcrübənin  əldə edilməsinə doğru yönəlmişdir.

Azərbaycan Respublikasında təhsil hüququnun konstitusiya təminatı vardır , hansı ki bu, ölkəmizdə inklüziv təhsilin də təşkilinə əsas yaradır.İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir.Təhsilin bütün uşaqların ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almasını təmin edir.
 
”Məktəblər bütün uşaqları,fiziki, intellektual, sosial, emosional, dil və digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir.
 
Bu, əqli və fiziki ləngiməsi olan , xüsusi istedada malik olan, kimsəsiz, işləyən uşaqlara...etnik və mədəni azlıqlara da aiddir..”.(Salamanka Bəyənnaməsi,1994-cü il).

Azərbaycan cəmiyyətində baş verən demokratik dəyişikliklər sağlamlıq, inkişaf və digər problemlərdən asılı olmayaraq, hər bir şəxsin ehtiyaclarının ödənilməsinə yönəldilən prosesləri ön plana çəkir.
 
Qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində olduğu kimi , respublikamızın xüsusi təhsil sistemində də interaktiv proseslər həyata keçirilir, inklüziv təlimin təşkilinə şərait yaradılır.
 
Azərbaycanın təhsil sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində inteqrasiyalı (inklüziv) təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər məqsədəmüvafiq şəkildə davam etdirilir.

Məlumdur ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəbinin təlim prosesinə fəal daxil olmasından daha çox kütləvi təhsil prosesinin bir sistem kimi yenidən qurulmasını və bütün uşaqların təhsil ehtiyaclarının təmin edilməsini nəzərdə tutur.
 
İnklüziv təhsilin ən üstün cəhətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sağlam uşaqların bir yerdə təhsil almasıdır.Bildiyimiz kimi, bu çox çətin prosesdir. Belə ki, burada  həm pedaqoq,  həm həkim, həm də psixoloq olmalıdır.

lnklüziv təhsil alan uşaqların öz yaşıdları olan sağlam uşaqlarla bir yerdə təhsil alması onların hərtərəfli inkişafına səbəb olur.Həmin uşaqlar öz yoldaşlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstəməyə özlərində güc- qüvvət axtarırlar. Belə uşaqlar özlərini yararsız hesab etmir, kollektivə adaptasiya olunur, özlərinin gərəkli olduqlarını hiss edirlər. Belə uşaqların kollektivə, cəmiyyətə adaptasiyasına müəllim və valideynlər diqqət göstərməlidirlər.
 
Keçirilən tədbirlərdə , yarışlarda belə şagirdləri müəllimlər diqqətdə saxlamalıdırlar. Bütün bunlar onların hərtərəfli inkişafına stimul yaradır. Bununla bərabər inklüziv təhsilin inkişafını təkmilləşdirmək üçün müəyyən işlərin görülməsi və tədbirlərin həyata keçirilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün faydalı olar.

Dövlət strategiyasında sağlamlığı məhdud uşaqların təhsilini yaxşılaşdırmaq məqsədilə görüləcək işlər öz əksini tapmışdır. Bunlar aşağıdakılardır:

-Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf vı inklüziv təlim proqramlarının hazırlanması;

-Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması;
 
-Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;

-Məktəbəqədər və ümumtəhsil müəssisələri təhsil verənlərinin ivklüziv təhsili üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi.

İnklüziv təhsilin vacib komponentləri aşağıdakılardır: müvafiq inklüziv təcrübəni dəstəkləyən bir fəlsəfə hazırlamaq; inklüziv təhsildə əməkdaşlıq; qiymətləndirmə; fərdi tədris proqramı; inklüziv təhsildə reabitasiya xidmətinin təşkili; inklüziv təhsildə pedaqoq və psixoloqların rolu; inklüziv təhsildə digər xidmətlərin rolu; inklüziv təhsildə valideynlərlə işin təşkili; peşə təhsili.

İnküliziya haqqında yanlış təsəvvürlər: məktəbdə olmaq hər şey demək deyil; üzməyi bilməyəni suya atmaq məqsədəuyğun deyil; diqqəti məqsədə deyil, hərəkətə yönəltmək; proqramin əsas meyarı, hər bir uşağın fərdi təhsil ehtiyaclarının ödənilməsi deyil onun öyrənilməsidir; sakitcə oturmağı fəal iştirakın alternativi kimi qəbul etmək.

Mövcud maneələr:

-Məktəblərin arxitextura cəhətdən əlçatmazlığı;

-Xüsusi təhsil ehtiyacları olan uşaqların oxumağa qadir olmamalarının qəbul edilməsi;

-Məktəbin pedaqoji kollektivinin əlillik məsələləri haqqında kifayət qədər məlumatının olmaması; -Sinfin öyrənmə prosesinə sağlamlıq imkanları məhdud olan uşaqların daxil olması;

-Sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri uşaqların təhsil hüquqlarını mmüdafiə etməyi bacarmırlar, onları təhsilə cəlb etməyə çəkinirlər.

İnkulizv təhsil aşağıdakı prinsiplərə əsaslanır:

-İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülür;

-Hər bir şəxs hiss etmək və düşünmək qabiliyyətinə malikdir;

-Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir;

-Bütün insanlar bir- birinə lazımdır;

-Orijinal təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər;

-Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır;

-Bütün şagirdlər üçün tərəqqiyə nail olmaq onların nə biləcəyindən asələdır;

-Müxtəliflik insan həyatının bütün aspektlərini gücləndirir.

Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil şagirdlərə qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır və bütün uşaqlara , o cümlədən müxtəlif nevroloji və ya psixi xəstəlikləri onlara belə mükəmməl şəkildə təhsil almaq və uğurlar qazanmaq imkanı verir.

İnklüziv təhsilin əsas vəzifələrindən biri məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yadılmasıdır.Bununla əlaqədar olaraq təhsil müəssisələrinin texniki təhcizatına yenidən baxmaq, təkcə təhsil alanlar deyil, həm də müəllimlər üçün xüsusi qayğıya ehtiyacı olan uşaqları təhsil prosesinə fəal qoşulmasına yönəlmiş yeni xüsusi kurslar işlənib hazırlanmalıdır.
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilalma səviyyəsi getdikcə yüksəlir, onların əksəriyyəti təhsilə cəlb edilir.Buna görə də inklüziv təhsilin təşkilinin təlim- tərbiyə prosesinin səmərəli nəticə verməsi üçün onun müasirləşməsinə qoyulan standartlara cavab verməsinə nail olmaq əsas tələblərdən biridir.

İnklüziv təhsilin həyata keçirilməsinin aşağıdakı  təşkilatı formaları mümkündür:

-ümumtəhsil məktəblərinin adi siniflərində tam inteqrasiya;

-ümumtəhsil məktəblərinin xüsusi siniflərində, sinifdənkənar fəaliyyətdə qismən inteqrasiya;

-müəyyən vaxt xüsusi məktəbdə təhsil almış və kompensator imkanları lazımınca inkişaf etmiş uşaqların ümumtəhsil məktəblərinə keçirilməsi;

-peşə təlimi prosesində qayğıya ehtiyacı olan uşaqların tam və ya qismən inteqrasiyası.

İnklüziv kompanentli qruplarda çalışan psixoloqun xüsusi qayğıya ehtiyacı olan uşağın təhsilə və cəmiyyətə uğurlu inteqrasiyası üçün onun ailəsinin vəziyyəti, dövlət tərəfindən verilən təminatı, qeyri hökumət təşkilatları tərəfindən təklif olunan dəstəyi, öyrədənlə öyrənən arasında yaranan qarşılıqlı  münasibətləri nəzərə alması çox vacibdir.
 
Bu zaman psixoloq uşağın sağlamlığı barədə proqnozu müəyyən edib onun "çətin” olub-olmamasından daha çox inkişaf xüsusiyyətlərinə və onlara təsir göstərən amillərə kompleks şəkildə baxmalı və valideynlərə dəstək verməlidir.İnklüziv  təhsilə keçidin müvəffəqiyyətinə təsir göstərən çoxlu amillər içərisində təhsil müəssisəsində psixoloji xidmətin müasir tələblərə cavab vermə səviyyədə təşkil olunması mühüm yerlərdən birini tutur.

İnklüziv komponentli qruplarda psixoloq uşaqlarda aşağıdakı sosial keyfiyyətlərin inkişaf etdirilməsinə xüsusi fikir verməlidir: emosional sahənin inkişafı; koqnitiv sahənin inkişafı; stressə qarşı dozümlülüyün inkişafı; özünəinamın inkişafı; real gerçəkliyə müsbət münasibətin inkişafı; başqalarını qəbul etmə bacarığının inkişafı; müstəqilliyin inkişafı;özünü inkişafetdirmənin, özünü müəyyənetmənin və həvəsləndirmənin inkişafı və s.
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim-tərbiyə prosesində aparılan işlərdə valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır.Valideynlər bu proseslərdə həm də tərəf müqabil kimi fəal iştirak etməlidirlər.Bu qarşılıqlı münasibətlərin formalaşmasında valideynlərə və uşaqlara psixoloqun yardım göstərməsi xüsusi əhəmiyyət daşıyır.

Yardım istiqamətlərinə aşağıdakıları aid etmək olar: sosial və emosional yardım; informasiya mübadiləsi; valideynlərin uşaqların təlimində iştiraka həvəsləndirilməsi; uşaqlar və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və səmərəliliyin artırılması və s.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim –tərbiyə prosesində tərbiyəçi müəllimin rolu danılmazdır.
 
Tərbiyəçi müəllim qrupda sağlam şəraitin, hər bir uşaq üçün tələbatı ödəyəcək adaptiv təlim mühitinin yaradılmasına və xüsusi qayğıya ehtiyacı olan uşağın təlim prosesinə qoşulmasına dəstək olmalıdır.Xüsusi qayğıya ehtiyacı olan uşaqlara effektiv ünsiyyət mədəniyyətinin formalaşdırılması üçün tərbiyəçi müəllim aşağıdakı problem xarakterli məsələləri həll etməyə çalışmalıdır:

-onun şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar yaratmalıdır;

-təlim-tərbiyə prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda bacarıqlar inkişaf etdirilməlidir;

-uşağın böyüklərin nitqini tam başa düşməsi təmin olunmalıdır;

-verbal və qeyri-verbal nitq arasındakı uyğunluq gözlənilməli və inkişaf etdirilməlidir.


Bütövlükdə inklüziv təhsilin  aşağıdakı xüsusiyyətlərini fərqləndirmək olar:

-əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin hesaba alınma  imkanlarının optimal üsullarının axtarışı;

-şagirdin yaradıcı potensialının və məsələləri həlletmə bacarığının müxtəlif yollarla stimullaşdırılması;

-uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, keyfiyyətli tədris prosesində iştirak edərək şəxsi, sosial və etnik xüsusiyyətlərindən asılı olmayaraq, müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsi;

-sosial uzaqlaşdırılmaya məruz qala bilən, həmçinin davamiyyəti pis olan şagirdlərə mənəvi dəstəyin göstərilməsi.

İnklüziv təhsil sahəsində çalışan hər bir müəllim , tərbiyəçi aşağıdakılar üzrə bacarıqlara qdir olmalıdır:

1.Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası;
 
2.Uşaqların təhsilə cəlb olunması;

3.Əqli inkişafın ,qavrama bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi;
 
4.Kiçik və böyük motor bacarıqlarının qiymətləndirilməsi və onlar üzərində iş;
 
5.Sosial və özünəxidmət bacarıqlarının aşılanması;

6.Uşaq inkişafı sahəsində müxtılif mövzulu  təlimlərin kenirilməsi;

7.Uşağın və ailənin psixoloji problemlərinin araşdırılması, konsultasiya xidmətlərinin verilməsi;
 
 8.Ünsiyyət və nitq bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi;
 
9.Ailələrə sosial xidmətin ğöstərilməsi, ailələrin maariflədirilməsi.






Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Leyla Əliyeva:-

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ