Qəbələdə inklüziv təhsil siniflərinin təşkil etdiyi bayram şənliyi keçirilib
Qəbələdə inklüziv təhsil siniflərinin təşkil etdiyi bayram şənliyi keçirilib
AzTehsil.com xəbər verir ki, Qəbələ şəhər Ə. Abdurahmanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində inklüziv siniflərdə təhsil alan şagirdlərin iştirakı ilə Novruz şənliyi keçirilib.
Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək,eyni zamanda əlilliyi olan şagirdlərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyası məqsədilə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Qəbələ rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktoru, müəllimlər və ibtidai siniflərdə təşkil olunan inklüziv siniflərdə təhsil alan şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər şagirdləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını bildiriblər.
Daha sonra şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən səhnəciklər, maraqlı kompozisiyalar nümayiş etdiriblər.