Emin Əmrullayev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
AzTehsil.com xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Görüş çərçivəsində İsrail Dövləti ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.










