Xəbərlər
16 mart 2021
691


Akademik Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Akademik Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, elm və tədris sahəsindəki əlaqələrdən danışıb, diplomatik fəaliyyəti müddətində səfirin imza atdığı uğurlu işlərə toxunub: "Siz artıq Azərbaycandakı öz diplomatik missiyanızı başa çatdırırsınız. Sizi tanımağıma, birgə əməkdaşlığımıza çox şadam. Universitetimizin kollektivi sizi hər zaman xoş duyğularla xatırlayacaq. Harada olmağınızdan asılı olmayaraq, dualarımız sizinlə olacaq. Rumıniyalı dostlarımıza xoş arzularımızı çatdırın. İnanıram ki, öz işinizi hansı ölkədə davam etdirsəniz, Azərbaycan haqda danışacaq, bizi unutmayacaqsınız”.

ADU-dan  bildirilib ki, Kamal Abdulla 44 günlük Vətən müharibəsində erməni təxribatları haqqında xəbərləri dünyaya çatdırmaq üçün ADU-da Qərargah yaradıldığını deyib və 20 dildə göndərilən məktublara Rumıniyanın müxtəlif təşkilatlarından reaksiya gəldiyini bildirib: "Vətən müharibəsi günlərində universitetimiz informasiya cəbhəsində çox fəal iştirak etdi. Yaradılan Qərargah vasitəsi ilə beş mindən artıq məktub müxtəlif ölkələrdəki təşkilatlara göndərildi. Rumıniyadakı həmkarlarımızdan dəstək məktubları aldıq. Bizim haqq savaşımızı dəstəkləyən bütün ölkələrə, eləcə də Rumıniyaya təşəkkürümü bildirirəm”.

Səfir Dan İanku səmimi qəbula görə minnətdarlığını bildirib. Artıq dörd ildir Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirdiyini deyən diplomat bildirib ki, Azərbaycandan xoş təəssüratla ayrılır:

"Əlbəttə, Azərbaycanda olduğum dörd ili unutmayacam. Gözəl tarixi yerlər gördüm, qonaqpərvər insanlarla tanış oldum. Bizim işimizə yaxından dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Bu illər ərzində Azərbaycan Dillər Universitetində çoxlu dostlar qazandım. Universitetin rektoru kimi sizə təşəkkür edirəm ki, hər zaman əlçatan və dostcanlı olmusunuz. Bu dörd il mənə həm də ona görə əzizdir ki, səfir kimi ilk fəaliyyətimi Azərbaycandan başlamışam. Azərbaycan hər gün inkişaf edir, insanların rifah halı yüksəlir. Harada çalışmağımdan asılı olmayaraq, bu gözəl ölkəni heç vaxt unutmayacam”.

Daha sonra ADU-nun prorektorları – professor Novruz Məmmədov, professor Sevinc Zeynalova və professor Jalə Qəribova Rumıniya universitetləri ilə tələbə mübadiləsi, rumın dilinin tədrisinin davam etdirilməsi, latın dilinin tədrisinin gələcək perspektivləri və s. istiqamətlərdə qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bildirib, səfirə gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

Rusiya səfiri Azərbaycan Dillər Universitetində oldu

Təhsil naziri Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Təhsil naziri Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-nun yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Dillər Universitetində Germanistika İnstitutu açılıb

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

Kamal Abdulla Avstriya səfirinə təbrik məktubu göndərib

Kamal Abdulla Avstriya səfirinə təbrik məktubu göndərib

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb +Fotolar

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

İndoneziyanın nümayəndə heyəti ADU-nun tələbələri ilə görüşüb

İndoneziyanın nümayəndə heyəti ADU-nun tələbələri ilə görüşüb

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

"Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Kamal Abdulladan unikal addım – Təhsilimizdə ilk

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da rektor, prorektorlar və dekanlar dəyişdi - Universitetdə nə baş verir? - VİDEO

ADU-da rektor, prorektorlar və dekanlar dəyişdi - Universitetdə nə baş verir? - VİDEO