Xəbərlər
04 avqust 2019
1 534


“Xərçəng”lə mübarizə aparan şagirdin təhsil qalibiyyəti: “Kimyaterapiyadan çıxan kimi kitablara sarılırdım”

“Xərçəng”lə mübarizə aparan şagirdin təhsil qalibiyyəti: “Kimyaterapiyadan çıxan kimi kitablara sarılırdım”
 
 
"Kimyaterapiyadan çıxar-çıxmaz kitablara sarılırdım”

Bu sözləri AzEdu.az-a açıqlamasında Laçın rayonu, Taxtakörpü kənd tam orta məktəbin XI sinif şagirdi Şamama Bəxtiyarlı deyib. O, xərçəng xəstəliyindən əziyyət çəksə də çoxlarının bacarmadığını edərək qəbul imtahanında lazımı balı toplayıb.

"X sinfə qədər demək olar, heç bir xəstəliyim yox idi.  X sinifdə  ayağımda ağrılar başladı. Həkim "Xərçəng” diaqnozu qoydu. Uzun müddət kimyaterapiya qəbul etdim. Əməliyyatdan sonra həkim bir müddət ayağa ağırlıq salmağı qadağan etdiyinə görə, hələ də əl əsaları ilə gəzirəm. Bütün çətinliklərə baxmayaraq,  ali təhsil almaq arzusunda idim. Amma belə bir vəziyyətdə oxumaq elə də asan deyildi. Mənəvi əzablar bir yana, kəndin palçıqlı yollarında əl əsaları ilə çox əziyyət çəkirdim. Xəstəxanada da dərs oxuyurdum. Kimyaterapiyadan çıxar-çıxmaz kitablara sarılırdım. Əziyyətlərimin nəticəsini gördüm”.

"Məncə, uğurun sirri inamdadır”

Uğurun sirrini inamda görən Şamama, açıqlamasında gələcək planlarından da danışıb:

"Universitet üçün lazımı balı toplayacağıma inanırdım.  Xəstəliyimi eşidəndə də əsas universitetə qəbul oluna bilməməkdən qorxdum. Buna baxmayaraq, həmişə dərsə hazırlıqlı olurdum. Bəzən imtahandan kəsilməyi düşünüb ruhdan da düşsəm də, ali təhsil üçün daim mübarizə apardım və qalib gəldim. Məndəki inamı, həvəsi görən hamı - başda valideynlərim olmaqla, müəllimlərim, dostlarım, məktəbin direktoru dəstək oldular. Ağcəbədidəki "Yeni abituriyent” kursu mənə ödənişsiz təhsil imkanı yaratdı.

İmtahanda III ixtisas qrupu üzrə iştirak edərək 384 bal topladım. İxtisas seçimində bir neçə universitet yazsam da, əsas xəyalım Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi fakültəsində təhsil almaqdır. Gələcəkdə təhsilimi davam etdirərək ali məktəbdə müəllim işləmək istəyirəm”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

“Aşağı bal toplayanlarla eyni statusu bölüşmək məni biraz narahat edir” ...Qəbulda 600 dən çox bal toplayan müəllimlər

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

"Azərbaycanda hər sahədə peşəkarlara ehtiyac var"...Kor-koranə ixtisas seçimi

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

“Nərmin heç bir hazırlığa getmədən bu nəticəni göstərib”

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

"İkibaşlı" suallar...Abituriyentlər bu fənlərdən "qan ağlayır"..

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

DİM builki keçid ballarını elan etdi

DİM builki keçid ballarını elan etdi

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Ucqar kəndinin gənc müəllimi: “Hər səhər tanımadığım adamlardan “Sabahın xeyir, can!” sözü eşidirəm”

Abituriyentlər üçün müsabiqə şərtləri

Abituriyentlər üçün müsabiqə şərtləri

Türkiyəli həkim xərçəngin dərmanını tapıb? - ARAŞDIRMA

Türkiyəli həkim xərçəngin dərmanını tapıb? - ARAŞDIRMA

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto

Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto