AzTehsil.com


Xəbərlər / Abituriyent
14 mart 2019
3 540


DİM builki keçid ballarını elan etdi



DİM builki keçid ballarını elan etdi

 

Bu ildən ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) olacaq. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Aztehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzi qarşıdakı ali məktəb imtahanlarına dair bəzi məlumatları yayıb.

Ali məktəblərə qəbul zamanı xarici dil tələblərinə toxunan K.Əsədov bildirib ki, Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.

"Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Lənkəran Dövlət Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və "Tərcümə (ingilis dili üzrə)” ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər”, – deyə ekspert bildirib.

K.Əsədov bildirib ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Azərbaycan Respublikasının tam orta təhsil müəs­sisələrini cari ildə bitirən abituriyent birinci mərhələ üzrə imtahan vermir və onun buraxılış imtahanında əldə etdiyi nəticəsi qəbul imta­hanının birinci mərhələsinin nəticəsi kimi götürülür.

K.Əsədov rəsmi məlumatlar əsasında ixtisas qrupları üzrə keçid balları haqda da məlumat verib.

O, keçid ballarınln qruplar üzrə belə müəyyənləşdirildityini qeyd edib:

"I ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, ikinci mərhələsi 100-dən az olmayan abituriyentlər buraxılır;

II ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

III ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

IV ixtisas qrupu üzrə:

– Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır”.


Ekspertin sözlərinə görə, imtahanın birinci mərhələsi üzrə minimum bal məhdudiyyəti yoxdur.



Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Orta ixtisas müəssisələrinin boş qalan yerlərinə qəbul elan edilir

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq – Hansı yeniliklər var?

Ali təhsil müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq – Hansı yeniliklər var?

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayıb

Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayıb

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 11 mindən çox abituriyent ixtisas seçimi edib

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ümumi balı 150-dən az olmayan abituriyentlər üçün şad xəbər

Ümumi balı 150-dən az olmayan abituriyentlər üçün şad xəbər

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

DİM orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini açıqlayıb

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

11-ci siniflər üçün orta ixtisasın boş plan yerlərinə qeydiyyat başa çatır

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb